"Teleqram"da foto və videolarınızdan stiker yarada bilərsiniz
“Telegram” tərtibatçıları messencerlərinə istifadəsi asan stiker yaratmaq mümkün olan yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər.

Artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək.

Stikerlər yaratmaq üçün onlar olan bölməyə keçin və "+" üzərinə klikləyin. Sonra öz mətninizi, rəsminizi və ya “Telegram”da mövcud olan hər hansı animasiyalı stikerlər, emojilər və giflər əlavə edərək qalereyanızdan istənilən bir təsviri seçə bilərsiniz.

Fonu silmək və təsvirdən obyekti kəsmək, həmçinin şəklin bir hissəsini əl ilə silmək və bərpa etmək də mümkündür. Siz yazı əlavə edə və animasiyanı fərdiləşdirə də bilərsiniz.

Bundan başqa stiker paketlərinə adlar təyin və ya əhvalınıza uyğun hər hansı digər stiker əlavə etmək mümkündür. “Telegram” şəklin süni intellektlə təhlili əsasında bir neçə emoji təklif edəcək. Məsələn, pişik, it və ya avtomobil.

Mənbə: lent.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google