Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında bəyanat dərc edib.

Parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.

Bəyanata əsasən, parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli “Gürcüstan parlamentinin sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin 18-dən sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Parlamentin planlaşdırılan tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız müvafiq struktur bölmələri tərəfindən
dəvət olunmuş şəxslər buraxılacaq.

"Məhdudiyyət televiziya şirkətlərinin/telemedianın akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Bu tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilib.

Xatırladaq ki, aprelin 15-dən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunur. Aprelin 15, 16 və 17-də qanunverici orqanda analoji təhlükəsizlik rejimi qüvvədə olub.

Hökumət administrasiyasının binası qarşısında “Vətəndaşlar”ın lideri Aleko Elisaşvili ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. A.Elisaşvili bir neçə dəfə polis kordonunu yarmağa cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan verməyib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google