Avropa İttifaqı Gürcüstan parlamentində “Xarici təsirlərin
şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu narahatedici hadisə
adlandırıb.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə
Ali Nümayəndəsi və Avropa İttifaqının Genişlənmə və Qonşuluq
siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd
olunub.
"Bu gün Gürcüstan parlamenti Avropa İttifaqının
dəfələrlə bu cür qanunvericiliyi geri götürmək çağırışlarına və
kütləvi etirazlara baxmayaraq, “Xarici təsirlərin şəffaflığı
haqqında” qanununu birinci oxunuşda qəbul edib.
Bu, çox narahatedici hadisədir və bu qanunun yekun qəbulu
Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək. Bu
qanun Aİ-nin əsas norma və dəyərlərinə uyğun deyil",
- birgə bəyanatda deyilir.
Qeyd olunub ki, sözügedən qanun vətəndaş cəmiyyəti və media
təşkilatlarının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracaq,
ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarına fayda
verən təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər.
"Aİ Gürcüstanı onun Aİ-yə üzvlük yoluna xələl gətirə
biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır",
- bəyanatda vurğulanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.