Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik – İrakli Kobaxidze
Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq heç kimə qarşı yönələ bilməz.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransı zamanı səsləndirib.

Onun sözlərinə görə, amerikalı və avropalıların bəyanatlarında sıfır arqumentasiya gördük: "Arqumentsiz bəyanatlar qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Parlament ekspertizası bir daha təsdiqlədi
ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin, Avropa qanunu ilə yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir".


Baş nazir vurğulayıb ki, Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəklər: “QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT ilə təbliğatı ilə məşğul olurlar”.

“Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın, Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar”, - deyə Baş nazir bəyan edib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google