Dəyişiklik qüvvəyə minib və ona əsasən, onkoloji diaqnozu olan
xəstələr üçün zəruri olan kimyaterapiya,
hormon terapiyası və immunoterapiya ilə bağlı proqram dərmanları
tam maliyyələşdiriləcək.
Gürcüstan hökumətinin qərarına edilən dəyişikliyə əsasən, tibbi
xidmətlər, şüa terapiyası və müayinələr 25 000 lari limiti
çərçivəsində əhatə olunacaq.
“Xidmətlər (müayinələr, prosedurlar, şüa terapiyası)
istifadəçi tərəfindən əlavə ödəniş edilmədən, illik 25 000 lari
həddində tam ödənilir;
Kimya, hormon və xərçəng əleyhinə dərmanlar istifadəçi tərəfindən
əlavə ödəniş edilmədən tam həcmdə ödəniləcək”, -
Gürcüstan hökumətinin 16 aprel tarixli qərarında deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.