Parlament biznesin ofşordan Gürcüstana sadələşdirilmiş şəkildə köçürülməsi haqqında qanun layihəsinə sürətləndirilmiş qaydada baxır
Vergi Məcəlləsinə dəyişikliklərə parlamentdə sürətləndirilmiş qaydada baxılacaq. Parlament çoxluğu qanun layihəsini bu gün keçirilən plenar iclasda ikinci oxunuşda qəbul etməyi planlaşdırır. İlk dinləmə prosesi dünən olub.

Bu dəyişikliyə görə, sözdə Ofşor zonalarda qeydiyyatdan keçmiş biznesləri asanlıqla Gürcüstana keçirmək olar. Parlamentin müxalifətçi deputatı Roman Qotsiridze Facebook-da yazıb ki, Bidzina İvanişvilinin bu qanuna ehtiyacı var:

“Gözlənilmədən “Gürcü arzusu” parlamentə qanun layihəsi təqdim etdi, ona görə Bidzina İvanişvilinin ofşorda gizlədilən əmlakını, səhmlərini vergi ödəmədən və çirkli pulların yuyulmasına qarşı normalardan yan keçmədən Gürcüstana idxalına icazə verilir. Qanun yalnız ona görə keçərlidir ki, bir fiziki şəxs ofşor aktivlərinin 100 faizinə sahib olmalıdır.

İndi Milli Bankın nə üçün yarım milyard dollar dəyərində 7 ton qızıl aldığı və saxlanmaq üçün Gürcüstana gətirildiyi bəlli oldu.

Sanksiyaları gözləyirik! Onun qaçmağa yeri də yoxdur, burada ölkəni şəxsi qalasına çevirməyə hazırlaşır. O, ölkəyə sahib çıxa bilməz. O, gürcü xalqını tanımır”,
- deputat Roman Qotsiridze yazıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google