ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui
Bono Gürcüstanda səfərdədir.
bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət
naziri Tea Axvledianinin ofisi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono
arasında görüş baş tutub.
"Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü
qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və
Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-nin
rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların
vacibliyini və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə
nail olunmasının vacibliyinə diqqət çəkiblər", -
məlumatda qeyd edilib.
Həmçinin Dövlət Departamentinin nümayəndəsinin ABŞ-nin Gürcüstanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və
ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə
sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.
Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa
gəliblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.