ABŞ Dövlət Departamenti Gürcüstanın hakim Gürcü Arzusu partiyasının
təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun
layihəsinin Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib.
Dövlət Departamentin mətbuat katibi Metyu Miller ABŞ-nin sözügedən
qanun layihəsinə görə son dərəcə məyus olduğunu qeyd edib.
“Gürcüstan parlamentinin Kremldən ilhamlanaraq
hazırlanmış “xarici təsir” qanununu irəli aparmaq qərarından ciddi
məyus olduq. Məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən
ilhamlanaraq hazırlanmış bu cür qanunvericilik aktı uyğun deyil.
Biz bütün tərəfləri dinc toplaşmaq hüququnu qorumağa
çağırırıq”, - Metyu Miller qeyd edib.
O qeyd edib ki, Aİ-nin bəyan etdiyi kimi, qanun layihəsinin qəbul
edilməsi Gürcüstanı Avrointeqrasiya yolundan çıxara bilər.
“Biz Avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstan
vətəndaşlarının böyük əksəriyyətinin arzularına – Aİ-yə tam
inteqrasiya olmaq istəyinə zidd olan qanunları qəbul etməməyə
çağırırıq. Gürcüstanın vətəndaşlara xidmət edən və Gürcüstan
iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş
cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunacağı
təqdirdə ifadə azadlığını məhdudlaşdıra, bu faydaları Gürcüstan
vətəndaşlarına çatdıran təşkilatları ləkələyə və Gürcüstan
vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin
etməyə çalışan müstəqil media təşkilatlarına mane ola
bilər”, - Metyu Miller qeyd edib.
Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməsi
lazımdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.