Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə tənqid edib.



XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur.

Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq keçirdiyi qeyd olunub.

“Biz bütün aidiyyəti tərəfləri Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə və konstruktiv dialoq vasitəsilə həll yolu tapmağa çağırırıq. Vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri şərtlərdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı şərhləri narahatlıq doğurur.

Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma” deyil”,
- bəyanatda qeyd
olunub.

Bəyanatda qeyd olunub ki, Ukrayna Gürcüstanda sülh mühitində maraqlıdır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstək göstərib, bu dəstəyi davam etdirir.

 

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google