7 partiya: Biz söz veririk ki, dinc nümayiş zamanı maskalı xüsusi təyinatlılarla bir daha heç vaxt qarşı-qarşıya gəlməyəcəksiniz

“Polis bölmələrinin qanunsuz güc tətbiq etməsi ilə bağlı” 7 siyasi partiya birgə bəyanat yayıb.

bəyanatı dəyişməz olaraq təqdim edib:

“Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanunu Gürcüstan Konstitusiyasına, gürcü xalqının iradəsinə, Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olmasına ziddir və hakimiyyətin Gürcüstan vətəndaşlarına qarşı açıq-aşkar təxribatıdır ki, bu da təbii olaraq insanların səmimi və dinc etirazlarına səbəb olur.
Dinc toplaşma-təzahür Gürcüstan vətəndaşlarının beynəlxalq konvensiyalarla qorunan fundamental, konstitusion hüququdur. Bu hüquqa qarşı “Gürcü Arzusu” asayişi qorumaq əvəzinə, dinc əhaliyə qarşı cəza tədbirləri həyata keçirən polis bölmələrindən qanunsuz istifadə edir.

Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə, o cümlədən Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına müraciət edirik:

1. Gürcüstanın “Polis haqqında” qanununa görə, polis məmuru qanunsuz əmr və ya fərmanı yerinə yetirməkdən imtina etməlidir. Polis əməkdaşına qanunsuz göstəriş verən şəxs məsuliyyətə cəlb olunacaq, aşkar qanunsuz əmri yerinə yetirməkdən boyun qaçıran polis əməkdaşı isə məsuliyyətdən azad ediləcək;
2. Dinc aksiya iştirakçılarının döyülməsi, təqib edilməsi, xüsusi polis vasitələrindən qanunsuz istifadə, toplaşma və nümayiş hüququnun qanunsuz məhdudlaşdırılması hər bir ayrı-ayrılıqda təqsirli şəxslərin məsuliyyətə cəlb olunacağı cinayətlərdir. Bütün günahkarlar rütbəsindən asılı olmayaraq müstəqil, qərəzsiz və ədalətli məhkəmə qarşısında cavab verəcəklər.

Biz Gürcüstan vətəndaşlarına müraciət edir və söz veririk ki, İvanişvilinin avtoritar hakimiyyətinə son qoyulandan və koalisiya, Avropa hökuməti formalaşdıqdan sonra siz bir daha dinc toplantı - təzahür zamanı heç vaxt maskalı xüsusi təyinatlılarla təmasda olmayacaqsınız.
Biz xalqımızın son qələbəsinə qədər rus qanunlarına və rus hökumətinə qarşı müqavimət göstərməkdə və mübarizə aparmaqda davam edirik.

Rus qanununa yox! Rusiya hökumətinə yox!

Müraciəti imzalayan siyasi partiyalar:

Lelo Gürcüstan üçün
Yeni
Qirçi - daha çox azadlıq
Zamanıdır
Vahid Milli Hərəkat
Respublika Partiyası
Strategiya qurucusu
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google