“Gürcü arzusu” Tbilisidə aksiya keçirməyi planlaşdırır
Hakim “Gürcü arzusu” partiyası Tbilisidə “Agent qanunu”na dəstək aksiyası keçirməyi planlaşdırır. Partiya bununla bağlı bəyanat yayıb və qeyd edir ki, bu, tərəfdarların xahişidir.

“Biz hər kəsə gürcü xalqının böyük əksəriyyətinin harada dayandığını, onun üçün həqiqətin və əsl Avropa dəyərlərinin qiymətli olduğunu, ənənəvi milli dəyərlərimizin - mülk, dil və inancımızın qiymətli olduğunu hər kəsə göstərəcəyik”,
- bəyanatda deyilir. Bəyanata əsasən aksiya aprelin 29-da keçiriləcək.

Hakim partiyanın bu açıqlaması ilə “Agent qanunu”na etiraz aksiyasının iştirakçılarının sayıldığı da aydın olub. Onların hesablamalarına görə, mitinqə 9500 nəfər gəlib.

“Gürcü arzusu” qanun layihəsini 2024-cü il aprelin 3-də parlamentə qaytarıb. 13 ay əvvəl, 2023-cü ilin martında kütləvi etirazlar və beynəlxalq tənqidlərə görə parlament çoxluğu “Xarici agentlər haqqında qanun”dan imtina etmək məcburiyyətində qaldı və layihəyə qayıtmayacağına söz vermişdi.

Qanun layihəsi parlamentə qaytarıldıqdan sonra Tbilisidə kütləvi nümayişlər başlayıb - vətəndaşlar hər gün paytaxtın mərkəzində, parlament binasının qarşısında qanun layihəsinin qəbulu prosesinə etiraz edirlər.

Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Gürcüstan hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib ki, qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsinə mənfi təsir göstərəcək.

“Agentlər haqqında qanun” aprelin 17-də birinci oxunuşda təsdiq edilib. Qanun layihəsini 83 deputat, o cümlədən “Gürcü arzusu”ndan 73, “Xalqın gücün”dən 9 və “Avropa sosialistləri”ndən bir deputat dəstəkləyib. “Agent qanunu” Gürcüstandakı demək olar ki, bütün qeyri-hökumət təşkilatlarına və çoxsaylı KİV-lərə, o cümlədən “Azadlıq” radiosuna şamil edilir.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google