Rondeli Fondu 18-28 yaş arası gənclər üçün 3 günlük təlim kursu elan edir
Gürcüstan Strategiya və Beynəlxalq Əlaqələrin Araşdırılması Fondu (Rondeli Fondu) 2024-cü ilin “İştirak etmə siyasətinə dəstək” qısamüddətli təhsil proqramına iştirakçıların seçimi üçün müsabiqə elan edib. 3 günlük təlim kursunun məqsədi etnik azlıqların siyasi və sosial iştirakının artırılmasına, siyasi partiya nümayəndələri ilə etnik azlıqların iştirakı mövzusunda müzakirə, biliklərinin artırılması, demokratik idarəetmə prinsiplərinə dəstək olmaqdır.

Təlim 17 may tarixində başlayacaq və 19 mayadək davam edəcək.

Kurs Tbilisidə, Rondeli Fondunun ofisində keçiriləcək.

Layihədə Tbilisi və Gürcüstanın regionlarında yaşayan müxtəlif etnik qrupları təmsil edən 18-28 yaş arası fəal gənclər iştirak edə bilərlər.

Proqram iştirakçılarının mehmanxana, qida və nəqliyyat xərclərini Rondeli Fondu təmin edəcək.

Maraqlanan şəxslər qeyd olunan linkə daxil olaraq müraciət formasını doldura və sonrakı ünvana göndərə bilərlər: CLOAKING

El-poçtun mövzu hissəsində layihənin adı qeyd olunmalıdır.

Müraciətlərin son qəbul vaxtı: 8 may, 2024-cü ildir.

Seçilmiş namizədlər söhbət mərhələsindən keçəcəklər.

Ətraflı məlumat üçün linkə daxil olun: 

Layihəni Gürcüstan Strategiya və Beynəlxalq Əlaqələrin Araşdırılması Fondu (Rondeli Fondu) milli azlıqların məsələləri üzrə ATƏT-in Ali Komissarlığı ofisi ilə tərəfdaşlıqla həyata keçirir.

"Marneuli" Radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print Email
FaceBook Twitter Google