Lazare Qriqoriadisin işi üzrə hakim hökmü hazırlayıb və
Qriqoriadisin vəkillərinə verib.
Qriqoriadisin vəkili Tatia Manijaşvilinin AzadlıqRadiosuna verdiyi
məlumata görə, onlar artıq bu sənədlə prezident administrasiyasına
gedirlər ki, əfv aktının verilməsi üçün ona təhvil versinlər. Onlar
Lazarın bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəyini gözləyirlər -
prezidentin əfv sərəncamı cəzaçəkmə müəssisəsinə gedəndən sonra
məhbus dərhal həbsxananı tərk edir.
Hakim Zviad Şaradze bir il ərzində Lazare Qriqoriadisin işinə
baxıb.
Lazare Grigoriadis niyə həbsxanadan çıxa bilmir - hakim qətnamə
hissəsini hazırlamaq üçün 14 gün vaxt ayırdı
Hakim aprelin 12-də Qriqoriadisin işi üzrə qərarı elan edib və onu
9 il müddətinə azadlıqdan məhrum edib. Elə həmin gün prezidentin
Qriqoriadisi əfv etmək qərarı da məlum olub.
Hökmün qətnamə hissəsi olmadığına görə prezident əfv aktını verə
bilməyib - hakim Zviad Şaradze hökmün hazırlanması və tərəflərə
çatdırılması üçün maksimum 14 gün vaxt verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.