Aprelin 25-də Avropa Parlamenti qətnamə ilə birlikdə sənədə
düzəlişlərə baxacaq.
Dəyişiklikləri ehtiva edən müvafiq sənədlər Avropa Parlamentinin
saytında dərc olunub.
İlk düzəlişdə oliqarx Bidzina İvanişvilinin sanksiyasının
mümkünlüyündən bəhs edilir.
“[Avropa Parlamenti] 2023-cü il dekabrın 30-da “Gürcü
Arzusu”nun “fəxri sədri” olmaqla aktiv siyasətə qayıdan Gürcüstanın
yeganə oliqarxı Bidzina İvanişvilini hazırkı siyasi böhrandakı
şəxsi roluna və hökuməti sarsıtmaq cəhdinə görə qınayır və həssas
insanların maraqlarına zidd fəaliyyət göstərdiyinə görə
İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi məsələsini nəzərdən
keçirməyə çağırışını təkrarlayır”, - müəllifi Avropa
Parlamentinin deputatı Anna Fotiga olan 14-cü bəndin 14a
düzəlişində yazılıb.
Həmin 14b bəndinə düzəlişin müəllifi də Anna Fotigadır və bu
hissədə eks-rezident Mixeil Saakaşviliyə aiddir. Düzəlişdə deyilir:
“[Avropa Parlamenti] Gürcüstan hakimiyyətini keçmiş
prezident Mixeil Saakaşvilini humanitar əsaslarla azad etməyə və
onun xaricdə müvafiq müalicə almasına icazə verməyə çağırışını
təkrarlayır; O qeyd edir ki, onun işi məhkəmə sistemində real
islahatların aparılmasının vacibliyini daha da
vurğulayır”.
Üçüncü düzəlişin müəllifi Urmas Paetidir və onun fikrincə, qanun
qəbul olunarsa, Gürcüstan üçün Aİ ölkələri ilə vizasız gediş-gəliş
rejiminin mövcudluğuna yenidən baxılmalıdır.
12a bəndi kimi nəzərdən keçirilən düzəlişdə deyilir: “[Avropa
Parlamenti] Komissiyanı planlaşdırılan “Xarici agent” qanununun
Gürcüstanın viza liberallaşdırılması meyarlarını, xüsusən də əsas
hüquqlar baxımından davamlı şəkildə yerinə yetirməsinə təsirini
vaxtında qiymətləndirməyə çağırır. Aİ-nin viza liberallaşdırılması
siyasətinin ən mühüm komponentidir”.
Bundan əlavə, eyni Avropa Parlamentinin dördüncü düzəlişi cinsi
azlıqlarla bağlı qanun layihəsinə də şamil edilir.
“[Avropa Parlamenti] “Gürcü Arzusu” çoxluğunu LGBTİQ
hüquqlarını məhdudlaşdıran konstitusiya qanunvericiliyini geri
götürməyə çağırır, bu, təkcə LGBTİQ hüquqlarına deyil, həm də söz
azadlığına və azad vətəndaş cəmiyyətinə hücumdur”, –
dəyişiklikdə deyilir.
Urma Paetin üçüncü düzəlişi məhz Fotiqanın Saakaşvili ilə bağlı
düzəlişini təkrarlayır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.