Batumidə kafe işçiləri qonaqlardan qanunsuz olaraq külli miqdarda pul alıblar - 2 nəfər saxlanılıb
Batumidəki kafe-barın işçiləri zorakılıq tətbiq edərək və öldürməklə hədələyərək xarici qonaqlardan sifarişləri müqabilində 267 min türk lirəsi və 5700 lari qoparıblar.

Aparılmış əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində əcnəbi vətəndaşlar: 1975-ci il təvəllüdlü S.C. və 1976-cı il təvəllüdlü H.E. saxlanılıb. Onlar külli miqdarda əmlak əldə etmək üçün dəstə cinayətləri törətməkdə ittiham olunurlar. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, Batumi şəhərində yerləşən kafe-barda işləyən təqsirləndirilən şəxslər həmin kafe-barın qonaqlarından olan xarici ölkə vətəndaşlarından onların sifarişlərinə uyğun gəlməyən məbləğdə, qanunsuz olaraq 267 min türk lirəsi və 5 min 700 lari pul tələb ediblər. Daxili İşlər Nazirliyindən edilən məlumatda onların zorakılıq və öldürülməklə təhdid olunduqları yazılır.

Qurumdan verilən məlumata görə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən hədə-qorxu ilə tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google