Marneuli meriyası 2023-cü ildə ezamiyyət və restoran xidmətlərinə 304 348 lari xərcləyib
Bu gün, 25 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyasının geniş iclası keçirilib. İclasda bələdiyyənin 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabat müzakirə olunub.

Bələdiyyə Məclisi Komissiyasının iclasında büdcənin icrasında, sosial proqram, infrastrukturun inkişafı – yolların bərpası, içməli suyun çəkilməsi, küçə işıqlarının quraşdırılması və s. üçün hansı vəsaitin xərcləndiyi, büdcə gəlirləri-xərcləri müzakirə olunub.

Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Xidmətinin hesabatını Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze təqdim edib və bildirib ki, 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabat Marneuli meriyasının rəsmi veb-səhifəsində tam yerləşdirilib.

Meriyanın veb-səhifəsində yayımlanmış hesabata görə, Marneuli bələdiyyəsi 2023-cü il ərzində əməkdaşların ezamiyyətinə 167 689 lari 17 tetri xərcləyib.

Marneuli meriyası keçən il nümayəndəlik xərclərinə 136 658 lari 91 tetri xərcləyib. İnformasiya Azadlığının İnkişafı İnstitutunun (İDFİ) dərc etdiyi bəyanata görə, nümayəndəlik xərclərinə qurumların təşkil etdiyi qəbullara, rəsmi ziyafətlərə, mədəni-əyləncə tədbirlərinə xərclənən vəsaitlər daxildir. Gürcüstan qanunvericiliyindəki müddəaya görə, nümayəndəlik xərci şəxsin iqtisadi fəaliyyəti çərçivəsində çəkdiyi xərclərdir və bu xərclərə (şirələr, mineral sular, sərinləşdirici içkilər, çay, qəhvə, səhər yeməyi, nahar, şam yeməyi, ziyafət) şəxsin adından keçirilən tədbirlər üçün (təqdimatlar, qəbullar) nəzərdə tutulmuş xərcləri, ekskursiya, mədəni-tamaşa tədbirlərinin keçirilməsi, suvenirlərin alınması və digər bu kimi xərcləri əhatə edir.

Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyası Marneulinin 2023-cü il büdcəsinin icrası hesabatını bəyənib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google