“Nə qədər adam gedəcəksə, o qədər də maşın verəcəyəm” – 29 aprel tarixində Marneuli sakinlərini “Gürcü Arzusu”-nun aksiyasına 1 və 2 nömrəli marşrutkalar da aparacaq
29 aprel tarixində Marneuli sakinlərini “Gürcü Arzusu”-nun təşkil etdiyi aksiyaya 1 və 2 nömrəli marşrutkaların sürücülərini də aparacaqlar. “Ekspress Turist” MMC-nin rəhbəri Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbir iştirakçıları üçün lazım olduğu sayda marşrutka ayıracaq. “Ekspress Turist” MMC 1 və 2 nömrəli marşrutların sahibi olan şirkətdir.

“Mən saat 6-dan onsuz işimi bitirirəm. Bütün sürücülər mənim yanıma gəlmişdi və hamısı bildirdi ki, bu “LGBT”-yə qarşıdırlar və etirazlarını bildirmək istəyirlər, uşaqlar hamısı Tbilisiyə gedirlər”, – Yuri Samxaradze bildirir və qeyd edir ki, Marneulidə ictimai nəqliyyatın fəaliyyətində problem yaranmayacaq.

“Ekspress Turist” MMC-nin rəhbəri neçə marşrut ayıracağını dəqiq bilmir – “Nə qədər adam gedəcəksə o qədər maşın verəcəyəm. Sürücülər özləri baxarlar, nə bilim. Adam olsa yığarlar”.

Samxaradzenin sözlərinə görə, sakinlər özləri aksiyaya getmək istəklərini bildirirlər və onlara qarşı çıxa bilməz.

“Adamlar getmək istəyirlər və mən sürücüyə yox deyə bilmərəm. Çünki mən də onları dəstəkləyirəm. Bu “LGBT”-yə qarşı mən də getmək istəyirəm və öz xalqım, öz ailəmlə birlikdə gedəcəyəm”.

Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı askiyaya getmək səbəbi olaraq cinsi azlıqlara qarşı çıxmağı bir neçə dəfə qeyd etdi. O, bizim “Gürcü Arzusu”-nun aksiyası yalnız cinsi azlıqlara qarşıdırmı sualımıza, aksiyanı “şəffaflıq üçün” də keçirirlər deyə bildirdi.

“Ekspress Turist” MMC illərdir Marneuli bələdiyyəsində işləyir. Nəqliyyat şirkəti Marneuli şəhərinə və kəndlərə xidmət göstərir. 2012-ci ildən bu günə qədər şirkət meriya tərəfindən elan edilmiş 19 tenderdə qalib gəlib və ümumilikdə nəqliyyat xidmətləri üçün 637 896 lari əldə edib. Şirkət buradan 160 802 lari dəyərində 3 tenderdə 2023-cü ildə qalib gəlib.

Özəl nəqliyyat şirkəti “Ekspress Turist” MMC-nin sürücüləri ilə yanaşı bələdiyyə nəqliyyat şirkəti “Marneuli Avtoprakı”-nın sürücüləri də “Marneuli” radiosun bildirdilər ki, aksiyada bələdiyyə avtobuslarından da istifadə edəcəklər. Marneuli Avroparkının rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bu məlumatı təsdiq etmir.

“Yanlış məlumat alıbsınız, belə bir şey yoxdur və olmayacaq”, – Qiqa Calağoni bildirir.

“Gürcü Arzusu” 29 aprel tarixində “Rus qanunu” dəstəkləyən aksiyanın keçiriləcəyini elan edib. Marneuli uşaq bağçaları əməkdaşlarını aksiyaya getməyə məcbur edilər. “Marneuli” radiosuna bununla bağlı bir çox müəllimlər məlumat verib.

Foto: 2021-ci il, “Gürcü Arzusu” tərəfindən təşkil edilmiş aksiyada 1 və 2 nömrəlu marşrutlar Marneuli sakinlərini Tbilisiyə aparırlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google