Telavi Sakrebulosunun “Gürcü Arzusundan" olan deputatı: Qanunu geri götürün, ölkəyə xəyanət etməyin

Telavi Sakrebulosunun “Gürcü Arzusundan” olan üzvü Levan Berdzenaşvili Gürcüstan hakimiyyətinə müraciət edərək rus qanununu geri çağırmağa səsləyib.

Əks halda, dediyi kimi, həm partiyadan, həm fraksiyadan, həm də Sakrebulodakı vəzifəsindən gedəcəyinə and içir. Berdzenaşvili Telavi Sakrebulosunun mandat hüquq və prosedur məsələləri komissiyasının sədridir.

“Mən bir hüquqşünas kimi, 2 uşaq atası kimi, Telavi Dövlət Universitetinin keçmiş müəllimi kimi, övladlarınızın müdafiəçisi kimi birmənalı olaraq bu qanunun həyata keçirilməsinin və qəbulunun əlehinəyəm, çünki Ağ Ev, Avropa İttifaqı bizə səslənirlər, Avropa Birliyinin bütün tərəfdaşları, aparıcı ölkələrinin nümayəndələri bizə deyirlər ki, bu qanunu qəbul etsəniz, viza liberallaşdırılmasını itirə bilərsiniz, namizəd statusunuzu itirə bilərsiniz, Avropa ilə bağlı hər şeyi itirə bilərsiniz.

Ona görə də mən birmənalı olaraq özümü bu prosesdən kənar hesab edirəm və Gürcüstan hökumətindən, parlamentindən bu qanunu ləğv etməyi xahiş edirəm. And içirəm, əgər bu baş verməsə, mən “Gürcü arzusu” partiyasından, fraksiyadan və vəzifədən ayrılacağam.

Mənim Gürcüstan hökumətindən və hakimiyyətindən xahişim odur ki, konstitusiyanı pozmayın, ölkənizə xəyanət etməyin, bu qanunu geri götürün. Hələ şans var”,
- deyə o bildirib.

 

Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google