Aprelin 29-da Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

Parlamentdə qeyd edildiyi üzrə, aprelin 29-da Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq.

“Gürcüstan Parlament Sarayında təhlükəsizliyin müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 əmrinə uyğun olaraq, cari ilin aprelin 29-da Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq- ziyarətçilərin
Parlament Sarayına girişi məhdudlaşdırılır.

Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur vahidlərinin dəvət etdiyi şəxslər buraxılacaq.

Parlamentin tədbirləri (komitələrin iclasları) başa çatana qədər hər bir yayımçıdan televiziya yayımçılarının/telemedia vasitələrinin akkreditə olunmuş ikidən çox olmayan qrupu binaya buraxılacaq.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında iş və təhlükəsiz mühitin təmin edilməsidir”
- Gürcüstan Parlamentinin bəyanatında deyilir.

Bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.

Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.

Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google