Marneulidən olan kişi arvadını və uşağını öldürüb
Ukraynanın Xarkov şəhərində yaşayan Marneuli bələdiyyəsinin Böyük Muğanlı kənd sakini orta yaşlı kişi həyat yoldaşını və bir övladını öldürüb, digərini isə yaralayıb.
Məlumatı Ukrayna mətbuatı yayıb.

Onların verdiyi məlumata görə, kişi qumar aludəçisiymiş, buna görə də tez-tez həyat yoldaşından pul istəyib və bu, onlar arasında münaqişəyə və kişinin tərəfindən zorakılığa səbəb olub.

Uduzan oyunların
birindən sonra kişi arvadından pul istəyib, o, imtina edib. Kvemo Kartli sakini əvvəlcə arvadını, sonra bir övladını odlu silahla öldürüb, daha sonra digər övladını yaralayıb.

Törətdiyi cinayətdən sonra şəxs gizlənməyə çalışsa da, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalaya bilib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google