14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi ilə bağlı məhkəmənin zorla ərə vermək ittihamı ilə həbs edilən ana və dayıya qarşı hökmü aprelin 30-da elan edəcəyi gözlənilir
14 yaşlı Aytac Şahmarovanın qəsdən qətlə yetirilməsi, onun anası Yeganə Məhərrəmova və dayısı Natiq Məhərrəmovun zorla ərə vermək və cinayət barədə xəbər verməməkdə təqsirləndirilərək həbs olunduqları cinayət işi üzrə məhkəmə hökmü aprelin 30-da elan edəcəyi gözlənilir.

Rustavi Şəhər Məhkəməsinin hakimi Maya Şoşiaşvili müttəhimlərin yekun çıxışını dinlədikdən sonra hökmü çıxarmaq üçün müşavirələrə gedəcək. Çox güman ki, həmin
gün qərarı açıqlayacaq.

Dünənki iclasda tərəflər yekun nitqi ilə çıxış ediblər.

İttiham tərəfi təqsirli hökm gözləyir.

İşin prokuroru Xatia Qoqriçianinin sözlərinə görə, iş üzrə təqsirləndirilən şəxslərə qarşı həm birbaşa, həm də dolayı sübutlar var ki, bu da müttəhimlərin 13 yaşlı uşağa qarşı gördüyü hərəkətləri – məcburi nikah və xəbər verməməsini birmənalı şəkildə təsdiqləyir.

İttiham tərəfindən fərqli olaraq, Aytac Şahmarovanın anası və dayısının vəkilləri bəraət hökmünün çıxarılmasını gözləyir. Bu gün keçirilən prosesdə təqsirləndirilən Natiq Məhərrəmov vəkili vasitəsilə bacısı Yeganə Məhərrəmovadan üzr istəyib və polisə zəng etmədiyini, onu hədələdiyini bildirib. İşin prokuroru hesab edir ki, məhkəmə bunu bölüşə bilməz, çünki hallar bir-birini istisna edir.

Vəkil Əli Bədrovun sözlərinə görə, təqsirləndirilən şəxslərin heç bir günahı yoxdur və onlar tərəfindən evlənməyə məcbur edilmə və ya cinayət barədə məlumat verilməməsi halları baş verməyib.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısı prokurorluğun irəli sürdüyü ittihamları tanımır. Onların izahına görə, qız heç bir məcburiyyət olmadan öz istəyi ilə ailə qurub.

Aytac Şahmarovanın qətlinə gəlincə, qatil Əli Sadıkov həbs edilib.

O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e”, “t” və “k” bəndləri, 236-cı maddəsinin 4-cü hissəsi və 143-cü maddənin 3-cü hissəsinin “D” yarımbəndi ilə ittiham olunub ki, bu da 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutur.

Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarova qətlə yetirilib. Qətlə yetirilən azyaşlı əslən Dmanisinin Məmişli kəndindən olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google