Marneuli Bələdiyyə Məclisi 30 aprel tarixində 10 məsələni müzakirə edəcək
30 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutacaq. Bu barədə Bələdiyyə Məclisinin feysbuk səhifəsində məlumat yayımlanıb. İclas meriya binasında, saat 12:00-da başlayacaq və gündəlikdə nəzərdə tutulmuş 10 məsələ müzakirə olunacaq.

Marneuli Bələdiyyə Məclisinin 2024-cü il 30 aprel tarixində keçiriləcək iclasının gündəliyi:

1. “Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsinin təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr
N27 sərəncamında dəyişiklik edilməsi haqqında.
/Məruzəçi. Koba Çxitunidze, Teona Parciani/
2. Marneuli bələdiyyəsinin 2023-cü il yerli büdcəsinin icrası ilə bağlı hesabatın dinlənilməsi haqqında.
/Məruzəçi. Koba Çxitunidze, Teona Parciani/
3. Birləşmiş Millətlər Təşkiatının Baş Assambleyası tərəfindən təsdiqlənmiş davamlı inkişaf məqsədlərinin bələdiyyə səviyyəsində tətbiqi haqqında.
/Məruzəçi. Mamuka Şubitidze/
4. “Marneuli meriyası üçün yanacaq və danışıq limitlərinin müəyyən edilməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr N79 sərəncamında dəyişiklik edilməsi haqqında.
/Məruzəçi. Mamuka Şubitidze/
5. Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidməti rəhbərinin 2024-cü il 23 aprel N07-322411420 izahatnaməsinin müzakirəsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
6. Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidməti rəhbərinin 2024-cü il 23 aprel N07-3224114152 izahatnaməsinin müzakirəsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
7. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (i/k. 83.04.14.121) birbaşa istifadəyə verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
8. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (i/k. 83.06.12.187) birbaşa istifadəyə verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
9. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (i/k. 83.06.12.341) birbaşa istifadəyə verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
10. Sosial məsələlər
/Məruzəçi. Zurab Çoniaşvili/



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google