Ukraynanın “GSC Game World” studiyası Çernobıl AES-də baş
vermiş fəlakətin ildönümündə “S.T.A.L.K.E.R 2: Heart of Chornobyl”
adlı oyunun yeni seriyası üçün treyler dərc edib.
Video Ukrayna dilində səsləndirilib. Yeni treylerdə Rixter adlı
personajlardan biri, Pripyatın ətrafı və məşhur dönmə çarxı nümayiş
etdirilib.
“S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl” oyununun relizi sentyabrın
5-ə personal komyuterlər və “Xbox
Series”də buraxılması
planlaşdırılır.
Serialın əvvəlki hissələrində olduğu kimi, "S.T.A.L.K.E.R. 2: Heart
of Chornobyl” filmində hadisələr Çernobıl AES-in təcrid zonasında
baş verir, burada avantürist-stalkerlər fantastik artefaktlar
axtarışı üçün girilər, lakin mutantlarla, anomaliyalar və digər
təhlükələrlə qarşılaşırlar.
Mənbə:oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.