Damarları təmizləyən - 5 TƏBİİ ÜSUL
Qan damarlarının təmizlənməsi üçün bir çox təbi üsullar mövcutdur.

Həmin üsullardan bəzilərini sizə təqdim edirik:

  • 1) Beş qozu xırdalayıb bir xörək qaşığı təbii cökə balı ilə yaxşıca qarışdırmaq, bir çimdik doğranmış darçın əlavə etmək, qarışığı bir gün soyuducuya qoymaq lazımdır.
  • 2) Soğandan bir stəkanın üçdə biri qədər su sıxıb, bir stəkan təbii bal ilə qarışdırmaq,
    müalicəvi qarışığı gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı içmək lazımdır.
  • 3) Hər gün nahar və şam yeməyindən yarım saat əvvəl yarım stəkan nar şirəsi içmək olar. (alma suyu və kök şirəsi ilə növbə ilə)
  • 4) Bir ovuc (təxminən 10 qram) qurudulmuş dulavratotu kökünün içinə termosda qaynar su töküb 8-10 saat dəmləmək, sonra süzüb içmək olar.
  • 5) Bədənin ümumi sağlamlığı və qan damarlarının təmizlənməsi üçün hər gün səhər yeməyindən yarım saat əvvəl bir naringi, bir ovuc kişmiş və qoz yemək lazımdır.
Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google