Hökumətə iyunun 20-də baş verən mitinqin dağıdılması hadisəsinin qurbanlarına 160 min avro ödəmək həvalə olunub

Strasburq Məhkəməsinin qərarına əsasən, Gürcüstan 20 iyun 2019-cu il mitinqin dağıdılması hadisəsini səmərəsiz araşdırıb.

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın 26 vətəndaşının 4 işini birləşdirən “Tsaava və başqaları Gürcüstana qarşı” işi üzrə qərar çıxarıb. Ərizəçilər aksiya iştirakçıları və ya aksiyaları işıqlandıran jurnalistlərdir.

Konvensiyanın 3-cü maddəsinə (qeyri-insani və ya ləyaqəti alçaldan rəftara qadağa) əsaslanaraq ərizəçilər iddia
edirlər ki, onların xəsarətləri həddən artıq güc tətbiqi nəticəsində baş verib və məsələ ilə bağlı aparılan araşdırma səmərəsiz olub. Ərizəçilər həmçinin Konvensiyanın 10-cu (ifadə azadlığı), 11-ci (sərbəst toplaşmaq azadlığı) və 13-cü (effektiv müdafiə hüququ) maddələrinə istinad edirlər.

Avropa Məhkəməsi müəyyən edib ki, Konvensiyanın 3-cü maddəsinin prosessual aspektinin pozulması - səmərəsiz cinayət araşdırması olub. Məhkəmə 3, 10 və 11-ci maddələrin maddi aspektləri ilə bağlı qərar verməkdən çəkinib.

Strasburq Məhkəməsinin qərarına əsasən, Gürcüstan üç ay ərzində ərizəçilərə kompensasiya ödəməlidir, yəni:

• Mako Qomur, Davit Kurdovanidze, Qiorqi Sulaşvili və Lexo Çankseliani — hər biri 15 000 avro;
• Merab Tsaava, Beslan Kmuzov, Zaza Svanadze, Tamar Baqaşvili, Qvantsa Nemsadze, Anna Vaxtanqadze, Tornike Koşkadze, Quram Muradov, Qiorqi Cumburidze, Ekaterine Abaşidze, Qiorqi Diasamidze, Davit Şexiladze, Dimitri Poçxidze, İrakli Qiorqadze, Nikoloz Şarvaşidze, Teymuraz Didberaşvili və Vaxtanq Berikaşvili - hər biri 5000 avro;
• İrakli Xvadaqiani və İrakli Çikviladze — 1800-1800 avro.

Dövlət həmçinin xərclər üçün € 6,000 ödəməlidir, üstəlik ərizəçilərə tətbiq edilə biləcək hər hansı vergiləri də dövlət ödəyəcək.

2019-cu il iyunun 20-də Gürcüstan hakimiyyəti Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışına etiraz etdiyi etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq edib.

Hadisə şahidlərinin dediyinə görə, insanlara qarşı yönələn əməliyyat zamanı polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə 80-i polis olmaqla, 240-dan çox insan yaralanıb. 30-dan çox media nümayəndəsi yaralanıb. 2 vətəndaş gözünü itirib.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google