Vətəndaş fəalları, jurnalistlər, qeyri-hökumət
təşkilatlarının nümayəndələri naməlum şəxslərin telefonla zəng
etdiyini, söyüşlər yağdırdığını deyirlər.
Son həftələr paytaxtda davamlı etirazlara səbəb olan "Agentlər
Qanunu" layihəsinə qarşı açıq etiraz edən insanlara digər ölkələrin
telefon nömrələrindən zənglər gəlir.
Tarixlərinə görə, telefon əlaqəsinin forması bir-birinə bənzəyir:
əvvəlcə kimliyini soruşurlar, sonra qanun layihəsini
oxuyub-oxumadığını soruşurlar, sonrakı mərhələ isə təhqirdir.
“Zəng etdilər və söyüş söyməyə başladılar...
[hökumətdən başqa] mən bu qədər bacarıqsız olan başqa adam
görmürəm. Bu cəmiyyətdə gənclər istedadlıdır, müxalifətin bu haqda
təsəvvürü yoxdur, başqa heç kim qalmayıb”, - yazıçı
Levan Berdzenişvili “Azadlıq” radiosuna şərhində bildirib.
“Azadlıq” radiosu məsələnin araşdırılmasına
başlanılıb-başlanılmaması ilə bağlı Daxili İşlər Nazirliyi
və Fərdi
Məlumatların Mühafizəsi Xidmətindən məlumat gözləyir. Cavab
alınarsa, material yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.