“Binanın girişində qardaşımı qarşılayaraq ona fiziki təzyiq göstərdilər” — Zura Caparidze
“Qirçi – Daha çox azadlıq” təşkilatının sədri Zura Caparidze qardaşına hücum barədə məlumat verib.

Keçmiş diplomat Qia Caparidze fəal iştirakçı və anti-rus qanunu aksiyalarının spikerlərindən biridir.

“Qardaşımı girişdə bir neçə nəfər qarşılayıb və fiziki təzyiqə məruz qalıb. Təcili yardım gəlib və yəqin ki, xəstəxanaya aparılacaq”, - Zura Caparidze yazır.

VMH üzvü Dima Çikovani və anti-rus qanunu aksiyalarında iştirak edən bayker Laşa Qvinianidze də onlara hücum olunduğunu elan ediblər.

Rusiyaya qarşı davamlı etiraz aksiyalarında iştirak edən siyasətçilərə, jurnalistlərə və sıravi fəallara artıq ikinci gündür ki, xarici və ya gürcü nömrələrdən zənglər gəlir. Müraciət edənləri şifahi şəkildə təhqir edir, evlərinə gələrək onlarla “haqq-hesab” çəkəcəkləri ilə hədələyirlər. Fəalların ailə üzvlərinə də zənglər edilib.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya
qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google