25 ildən sonra Marneuli Televiziyasına yeni insanlar
rəhbərlik edəcəklər.
Televiziyanın sahibinin dəyişməsi haqqında məlumat ictimai
mənbələrlə təsdiqlənib, yenilənmiş uyğunluq bəyannaməsi Milli
Kommunikasiya Komissiyasının veb-səhifəsində yerləşdirilib və
Marneuli TV ilə Marneuli meriyası arasında bağlanmış müqavilədə də
dəyişiklik edilib.
Marneuli televiziyasının yeni sahibi Zaza Babluani, televiziyanın
direktoru isə Zviad Keçakmadzedir.
Zaza Babluani və Zviad Keçakmadze “Marneuli” radiosuna bildirirlər
ki, televiziyanın
inkişaf planı və baxışları üzərinə işləyirlər.
Onlar bildirirlər ki, yaxın gələcəkdə ictimaiyyətə Marneuli
televiziyasının tamaşaçılarına təklif edəcəyi yeniliklər haqqında
məlumat verəcəklər.
Televiziyanın sahibi 25 il ərzində Şalva Şubladze idi. Şalva
Şubladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, onun
həyatında dəyişiklik etməyin vaxtı gəlib və məhz buna görə,
Marneuli televiziyasını başqasına verməyə qərar verib.
“Açıq deyəcəyəm, Stalin deyiləm ki, 25 ildir
Marneulidəyəm və hər şeyin öz zamanı var. Mən başqa, daha geniş
“aviasiyaya” keçirəm. Hər şeyin öz məqamı var, uzun müddət eyni
yerdə olmamalısan, hələ ki, təsisçi olaraq. Həyatını dəyişməlisən,
bu çox təbii və məntiqli qərardır. Yeni yeniliklər lazımdır – mən
bir az yaşa dolmuşam, gənclərə yol verməliyik ki, hər şey öz
axarında olsun”, – Şalva Şubladze bildirir.
Marneuli televiziyasının keçmiş sahibi bildirir ki, televiziyanın
başqasına verilməsi haqqında çox düşünüb və bu qərar onun
həmkarları üçün gözlənilməz olmayıb. O, bildirir ki, Marneuli
Televiziyasını yaxşı rəhbərə təhvil verib və o, televiziyanın yaxşı
işləməsini təmin edəcək.
Televiziyanın veb-səhifəsində yer alan məlumata görə, Marneuli
Televiziya 2006-cı ilin 1 iyun tarixində, “Marneuli TV” Məhdud
Məsuliyyətli Cəmiyyəti kimi təsis edilib. Televiziya MMC kimi
qeydiyyatdan keçənədək də Marneulidə fəaliyyət göstərib və
teleşirkətə 25 il ərzində Şalva Şubladze rəhbərlik edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.