Kənd toplantıları – insanların real və ya formal ehtiyaclarının həlli mexanizmi
12:13 / 09.05.2024
Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin kəndə dəstək proqramı
çərçivəsində həyata keçiriləcək layihələri bir neçə dəqiqəyə təsdiq
edib.
Bu nə müxalifətdən, nə də iqtidardan heç kimin şərh vermədiyi, sual
verilmədiyi və razılığın səs çoxluğu ilə, əl qaldıraraq təsdiq
edildiyi vəziyyətdə baş verib. Kəndə dəstək proqramı üçün 2024-cü
ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr
Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına
əsasən bölünüb. Hər kəndə ən az 10 000, ən çox 20 000 lari
ayrılıb.
Marneulinin 84 kəndindən əksəriyyətində küçə işıqlarının
quraşdırılmasına qərar verilib. Bu təcrübə 2019-cu ildən var.
Proqram Marneulidə qüvvəyə mindikdən və bələdiyyənin prioritetlərin
seçilməsi məqsədilə əhali ilə görüşlərə başlamasından sonra Kvemo
Kartlidə kənd toplantıları ilə bağlı “Salam” platforması monitorinq
aparırdı. Platformanın nümayəndələrindən biri Ayhan Həsənli
bildirir ki, əhali ilə görüşlər formaldır və onların ehtiyaclarını
az nəzərə alır. Bələdiyyə kəndlərdə əhalini ümumi toplantılara
səfərbər etməkdə çətinlik çəkirdi. Toplantılar əksər hallarda
müəllimlərin imzasının hesabına leqitimlik əldə edirdi.
“İki ildir ki, bu iclasları müşahidə edirik və deyə
bilərik ki, ötən il olan pozuntular bu il də qeydə alınır. Ən böyük
problem bələdiyyənin, onun əməkdaşlarının bu prosesə mühüm proses
kimi deyil, formal baxmasıdır. Bu prosesə formal baxırdılar ki,
onların öhdəliyidir, iclasları keçirməli və protokol tərtib
etməlidirlər. Kəndə dəstək proqramının əsas məqsədi sakinlərin
prosesə qoşulması, qərar qəbul etməsidir, bu hüquq mahiyyət
etibarilə yox idi. Bizim bildiyimizə görə, qanunla müəyyən edilib
ki, sakinlər özləri prioritetləri seçməlidirlər. Bizim müşahidəmizə
görə, kən nümayəndəsi hazır layihə ilə gəlirdi, yaxud da əksər
hallarda sakinlər tərəfindən layihə təqdim olunmurdu. Bəzən
layihələr təqdim olunurdu, amma bələdiyyə tərəfindən vəsaitin 200%
artırılması imanı olmurdu. Bilirik ki, qanunla müəyyən olunduğuna
görə, əgər müvafiq vəsait azdırsa, misal üçün, 12 000
lari,bələdiyyə onu 200% artıra bilər. Bu barədə sakinlərə nadir
hallarda məlumat verilirdi”, – Ayhan Həsənli
bildirir.
Marneuli bələdiyyəsi bəzi kəndlərdə mərkəzi büdcədən ayrılmış
vəsaitə yerli büdcəni də əlavə edib və meriya qarşılıqlı maliyyə
ilə 406 000 lari ayırıb. Kənd toplantılarının formal xarakterli
olduğunu Marneuli sakini Mariam Samxaradze də təsdiq edir və
bildirir ki, əksər hallarda toplantıda iştirak etmək istəmir.
“Bir dəfə bu toplantıda olmuşam və əvvəlcədən imzalanmış
kağızlar var idi, suvarma suyu ilə bağlı təşəbbüs var idi və
sakinlər toplanmadı. Düşünürəm ki, müvəkkil və ya meriyada işləyən
həmin kənd sakinləri nə ediləcəyinə qərar verirlər. Çox formaldır
və heç iştirak etmək istəyim də yoxdur”, - – Tamarisi
sakini Mariam Samxaradze bildirir.
Bələdiyyə Məclisinin Vahid Milli Hərəkatdan olan deputatı Nərgiz
Əliyeva kənd toplantıları zamanı sakinlərinin maraqlarının nəzərə
alınmasını şübhə altına qoyur və bildirir ki, sakinlərlə görüş
formaldır.
“Kəndə dəstək proqramı əhali üçün elan olunur, amma
oraya toplaşanların əksəriyyəti hakim partiyanın dəstəkçiləridir.
Sakinlər təərfindən qeyd olunan problemi nəzərə almırlar. Mən bunu
sadəcə formal layihə adlandırıram. Yerli hakimiyyət Bələdiyyə
Məclisinə hansısa layihəni müzakirəyə gətirəndə, yaxud nəyisə
həyata keçirmək istəyəndə Bələdiyyə Məclisi deputatlarına heç vaxt
tam məlumat vermirlər. Mən buna etiraz etdim. Gündəlikdə nəzərdə
tutulan məsələlərin üzərində tez-tez keçirəm və nə əvvəl, nə də
sonra bu layihələr barədə heç kimə məlumat vermirlər. Neçə dəfə
məlumat tələb etdim və mənə heç nə göndərməyiblər. Bu məsələ ilə
əlaqədar müvafiq qurumlara şikayətlə də müraciət edəcəyəm, çünki
burada deputatın da hüquqları pozulur. Kəndə dəstək proqramının
layihələri kənd üçün nə dərəcədə prioritetidir, nə dərəcədə
sakinlərin istəyi nəzərə alınıb, bunlar məndə şübhə
yaradır”, – Nərgiz Əliyeva bildirir.
Marneuli meriyası və Bələdiyyə məclisi kənd toplantılarının formal
olmasının əksini sübut edir. Meriyanın verdiyi məlumatda oxuyuruq
ki, görüşlər şəffaf keçilib və maraqlanan hər kəs öz fikrini qeyd
edə bilərdi. Bələdiyyə Məclisi büdcə tərtibinin bir hissəsini
müəyyən edir və layihələrin əhaliyə nə qədər uyğun olduğunu
bilməlidir. Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosunun
suallarına: Görüşlərin nə qədər şəffaf və ədalətli keçirildiyi,
prioritetlər seçilərkən əhalinin maraqlarının nəzərə
alınıb-alınmamasına Amiran Qiorqadze cavab verir ki, əhali
prioritet hesab etdiyi layihələri seçir.
“Biz hər kənddə sakinlərlə görüşdük, onların ehtiyaclarını dinlədik
ki, həll yollarını birlikdə müzakirə edək. Yerli sakinlərin fəal
iştirakı, kənd toplantısına qoşulması, proqram çərçivəsində
kəndlərində hansı məsələlərin həll olunacağına özlərinin qərar
verməsi alqışlanmalıdır. Bəli, ümumi kənd toplantılarında iştirak
edirdim və demək istəyirəm ki, bülə ünsiyyət yalnız kəndə dəstək
proqramı çərçivəsində deyil, gələcəkdə də aktiv şəkildə davam
etdiriləcək”, – Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze bildirir.
Marneuli meriyası 2024-cü ilin büdcəsində nəzərə ala bilmədikləri,
kəndlərə əsasən harada hansı prioritetli məsələnin seçildiyi barədə
bizə məlumat vermədi. Əhalinin digər ehtiyaclarını hansı illərdə
nəzərə alacaqlarını da konkret bildirmədilər.
Kəndlərə dəstək proqramlarının həyata keçirilməsinin əsas prinsipi
əhali ilə məsləhətləşmələr aparmaq və onların fikirlərini nəzərə
almaqdır, bunu demokratiya indeksi Gürcüstanın sədri - Ekaterine
Tsimakuridze də təsdiq edir. O, bildirir ki, əhali ilə məsələhətlər
keçirmək meriyanın öhdəliyidir. Bu proqram çərçivəsində layihənin
maliyyələşdirilməsinə Bələdiyyə Məclisi qərar verir. Məhz həmin
orqan meriya tərəfindən maliyyələşdirilmə üçün təqdim olunmuş
layihənin əhalinin real ehtiyacını nə dərəcədə əks etdirdiyi ilə
maraqlanmalıdır.
“Həmin layihələrin Bələdiyyə Məclisi tərəfindən
təsdiqlənməsi, merin təqdim etdiyi hər hansı layihəni Bələdiyyə
Məclisinin avtomatik olaraq təsdiqlənməsi kimi başa düşülə bilməz.
Bələdiyyə Məclisi merin kəndə dəstək proqramında nəzərdə tutulan
tələbləri yerinə yetirib-yetirmədiyini yoxlamalıdır. Məsələn,
müvafiq kənd və ya qəsəbədə yaşayan əhalinin ümumi sayından neçə
nəfərin müşavirələrdə iştirak etməsi, müşavirələrin keçirilməsi ilə
bağlı əhaliyə dəqiq məlumatların necə təqdim edilməsi və meriya
tərəfindən hansı məlumatların yayılması,məsləhətləşmələr zamanı
hansı ehtiyacların qeyd edildiyi, sakinlər tərəfindən yekunda adı
çəkilən ehtiyaclardan hansının və nə üçün seçilməsi. Layihənin
təsdiqlənməsi deməkdir ki, Bələdiyyə Məclisi meriya tərəfindən
maliyyələşməyə təqdim edilən layihənin əhalinin real tələbatını nə
dərəcədə əks etdirməsi ilə maraqlanmalıdır, çünki hökumətin
qərarına əsasən, kəndə dəstək proqramının maliyyələşdirilməsindən
yalnız bu şərtlə istifadə oluna bilər."
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli”
radiosu ilə söhbəti zamanı iddia edir ki, layihə ümumi toplantıda
seçilir, yerli sakinlər bunu öz imzaları ilə təsdiqləyir və
protokol tərtib edirlər. Ona görə də hesab edir ki, hansısa kənddə
sakinlərin istəmədiyi layihənin həyata keçirilməsi mümkün deyil.
Məsələlərlə bağlı yerli əhalinin fikri fərqli olduğu halda,
əhalinin həyata keçirmək istədiyi layihə yerli büdcədə nəzərə
alınacaq.
Ekaterine Tsimakuridze bildirir ki,əgər iclasda mərkəzi büdcədən
ayrılan məbləğlə maliyyələşdirilə bilinməyən məsələlər qeyd
olunarsa, Bələdiyyə Məclisi qarşılıqlı maliyyələşdirmə və donor
maliyyələşdirməsinin tapılmasını təmin etməlidir.
“Kəndə dəstək proqramı çərçivəsində ayrılan vəsaitin
kifayət etmədiyi və buna görə də layihənin seçilmədiyi müəyyən
olunarsa, Bələdiyyə Məclisinin öz büdcəsindən qarşılıqlı
maliyyələşdirmə və ya donorların maliyyələşdirilməsini müzakirə
etməlidir. Bütün bu məsələlər müxalifətin də iştirak etdiyi,
maliyyələşmə qərarının verildiyi Bələdiyyə Məclisi sessiyasında
müzakirə olunmalıdır. Bələdiyyə Məclisinin ayrı-ayrı üzvlərinin
sakinlər ilə məsləhətləşmələrdə iştirakı Bələdiyyə Məclisi
sessiyasında bu məsələlərin müzakirə edilməməsinə səbəb ola bilməz.
Belə müzakirələr aparılmadan layihələrin Bələdiyyə Məclisi
tərəfindən təsdiqlənməsi yalnız formal xarakter daşıyır və əhalinin
real ehtiyaclarını əks etdirməyə bilər. Bundan başqa, Regional
İnkişaf və İnfrastruktur Nazirliyi əhali ilə məsləhətləşmələrin
keçirilməsi ilə bağlı qeyd olunan çatışmazlıqlarla da
maraqlanmalıdır, çünki dövlət büdcəsindən maliyyələşən bələdiyyə
proqramlarına sahəvi nəzarəti həyata keçirmək bu nazirliyin
funksiyasıdır”, – Tsimakuridze bildirir.
2024-cü ilin kəndə dəstək proqramı Marneulidə 26 fevral tarixində
başa çatıb. Seçilmiş layihələr üzərində işlərə hələ də
başlanılmayıb. Layihələrin həyata keçirilməsinə Bələdiyyə Məclisi
nəzarət etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.