Kostava küçəsində bir neçə ay əvvəl bərpa edilmiş asflat qatı
yenidən sökülüb.
Sakinlər yolun asflat qatının yenidən niyə sökülməsi haqqında
məlumatsızdırlar.
“Bu işdən narazıyıq, həmişə yolu təmir edirlər, bir
həftədən sonra yenidən sökürlər. Bu yolu ya bütövlükdə təmir
etsinlər, ya da tamamilə söksünlər. Axşamlar adamlar hərəkət edə
bilmirlər və maşınlardan heç danışmırıq. Bilmirik nə edək, bu
istisna deyil, Marneuli küçələrində də oxşar
vəziyyətdir”, – Kostava küçəsinin sakini olan kişi
bildirir.
Vətəndaşlar hesab edirlər ki, yolda olan problemlərə görə əhaliyə
təhlükə yaranır.
“Bu yolun vəziyyəti çox pisdir, maşınlar keçəndə
sürətlə hərəkət edirlər və bu insanlar üçün təhlükəlidir. Çünki
sürücülər sürəti azalda bilmirlər və qəza baş verə
bilər”, – Kostava küçəsinin daha bir sakini
bildirir.
Kostava küçəsində piyadalar üçün də təhlükə var, çünki küçədə səki
yoxdur. Əhali təhlükəli yoldan istifadə etdiyinə görə,
narahatdır.
“Bu küçədə yaşayıram və düşünürəm ki, bu yol insanlar
üçün çox təhlükəlidir. Uşaqlar, gənclər, qocalar, maşınlar və
başqaları üçün çox təhlükəlidir. İnsanlar bu yoldan keçmək
istəmirlər. Bu yol təmir edilmişdi, amma sonra yenidən sökdülər,
səbəbi bizə məlum deyil və düşünürəm özləri də
bilmirlər”, – Marneulidən olan müsahib bildirir.
Qeyd edək ki, Kostava küçəsində yola asflat qatının çəkilməsi ötən
il başa çatıb. Gürcüstan Avtomobil Yolları Departamentindən 2021-ci
ilin dekabr ayında “Marneuli” radiosuna bildirmişdilər ki, layihə
dövlət büdcəsindən maliyyələşdirilir və ümumilikdə, vəsait 672 000
lari təşkil edir.
Müəllif: Nino Hüseynova
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.