“Həmrəylik İcması”nın üzvü Nestan Ananidze iddia edir ki, polis ona
rus qanununa zidd yazı olan köynəklə ictimai yerlərdə gəzməyə mane
olmağa çalışıb.
Daha dəqiq desək, Ananidze sosial şəbəkədə yazır ki, o, “rus
qanunlarına yox” yazılmış köynəklə Kikvidze parkında məşq edərkən
onun yanına polis gəlib və ərazidən getməsini istəyib.
Ananidzenin sözlərinə görə, o, polisin qanunsuz tələbini
yerinə
yetirməkdən imtina edib, bundan sonra “beş polis məni nəzarətə
götürüb”.
“Bu gün mən həmişə olduğu kimi bu köynəyi geyinərək
Kikvidze parkında qaçdım. Bir polis gəldi və mənə dedi ki, ərazini
tərk edin. Ondan səbəbini soruşdum və dedim ki, bura ictimai yerdir
və idman edirəm. Heç bir şeyin nəticə verməyəcəyini anladı və
getdi.
Sonra beş polis məni nəzarətə götürdü. Təlim boyu mənimlə məşq
etdilər. Axırda camaatın dayandığı yerdə məni ora buraxmadılar.
Hara gedirsən? “Evə” dedim? Polis məni o tərəfə apardı, 9 may ilə
bağlı tədbir var dedi.
Sehrli köynəkdir, elə şeylər bacarır ki….
#rusqanununayox”, - Nestan Ananidze sosial şəbəkədə
yazır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.