Gürcüstan “Eurovision 2024”ün finalındadır
Gürcüstan təmsilçisi Nutsa Buzaladze “Eurovision”un finalına yüksəlib.

Bu gün “Eurovision 2024”-ün ikinci yarımfinalı keçirilib və burada 16 ölkənin nümayəndəsi tamaşaçılara özünü təqdim edib. Bu gün axşam saatlarında Gürcüstan təmsilçisi Nutsa Buzaladze 11-ci yerdə “Firefighter” mahnısını ifa edib.

Tamaşaçıların qərarına əsasən finala Gürcüstanla yanaşı daha doqquz ölkə çıxıb: Latviya, Avstriya, Hollandiya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Ermənistan.

Builki qaydalara əsasən, yarımfinaldan finala keçidi yalnız tamaşaçılar həll edir və münsiflər heyəti səsvermədə iştirak etmir.

Eurovision 2024-ün final yarışmasında 26 ölkə mahnı oxuyacaq. Bundan ilk on ölkə – birinci yarımfinaldan, ikinci on ölkə isə bugünkü konsertdən finala yüksəlib, “böyük beşlik” ölkələri və ev sahibi İsveç isə avtomatik olaraq finala yüksəlib.

Mayın 11-də “Eurovision 2024”-ün finalının yayımı Gürcüstanın Birinci Kanalı tərəfindən təklif olunacaq.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google