Axı siz Rusiyada yaşayırsınız, ukrayna dili nəyinizə lazımdır?” – Müharibəyə qədər Rusiyada yaşayan ukraynalı qadının hekayəsi
16:17 / 09.05.2024
Rusiya tərəfindən Ukraynada genişmiqyaslı müharibə başlayana qədər
İrina, həyat yoldaşı və azyaşlı övladı Rusiyada yaşayırmışlar.
İrina Ukraynalıdır və onun bütün ailəsi Ukraynada yaşayırdı.
2022-ci ildə, Rusiyanın Ukraynaya hücumundan sonra İrina Rusiyanı
tərk etməyə qərar verir - “Mənim üçün müharibə yaxınlarımın yanında
baş verən partlayışlar ilə başladı və onların necə olduğunu
bilmirdim”
İrina Rusiyada yaşadığı illəri, rusların ukraynalılara
münasibətini, müharibəninn başladığl dövrü və Gürcüstana qədər yolu
xatırlayır.
Rusiyadan Gürcüstana qədər
gedən yol
“Mən Rusiyadan gəlmiş personajam. Müharibə başlayanda Rusiyada
yaşayırdım. On görə də Gürcüstana niyə gəldiyimi açıqlamağa ehtiyac
yoxdur. Gürcüstana ona görə gəldim ki, buraya gəlmək əlverişli idi.
Bir də ki, Gürcüstan ruhən bizə daha yaxındır. Gürcüstan mənim üçün
ikinci evim oldu. Rusiyada yaşayanda öz mədəniyyətimizdən təcrid
olunmuşdum. Bütün qohumlarım Ukraynada yaşayırdı. Anamın 5
bacı-qardaşı var. Yəni ata və anamın bütün qohumları Ukraynada, biz
isə Rusiyada yaşayırdıq. Müharibənin başlaması mənim üçün şok idi. Bütün qohumlarıma
zəng vurdum. Kiyevdə, Çernovtsidə çox yaxınlarım var. Zəng vurmağa
başlayırsan, bəzisi ilə əlaqə saxlaya bilirsən, bəzisi ilə yox...
Mənim üçün müharibə yaxınlarımın yanında partlayışların başlaması
idi. Onların necə olduğunu bilmirdim. Gündüz hamıya zəng vurdum,
sonra axşam da zəng vurdum. Biz onda tam başa düşmürdük, ancaq
2022-ci ildə tam aydın oldu. Həmin gün oturdum və edə bildiyimi
etdim. Əşyalarımızı toplamağa başladıq, çünki təcavüzkar olan,
Ukraynanı bombalamağa davam edən ölkədə artıq qalmaq istəmirdik.
Evimizi qoyub getməyi düşünürdük. Axşam bütün ailə üçün bilet
aldım, 5 nəfərik. Əvvəl Ermnistana getməyə hazırlaşırdıq, çünki
oraya beynəlxalq pasport olmadan getmək mümkün idi. həmin vaxt
bizim pasportların vaxtı ötmüşdü. Bilet aldım və növbəti gün səhər
yoldaşım dedi ki, gəl pasportları hazırladaq, Ermənistana
getməyək...Çünki o zaman bizdə Ermənistanın Rusiyanı dəstəkləməsi
təəssüratı var idi. Belə biz yenə də “Rusiyada” qalacaqdıq. Yəni
oraya getməklə biz yaxınlarımıza kömək edə bilməyəcəkdik. Rusiyadan
pul da köçürə bilmirdik və yaxınlarımıza heç cür kömək edə
bilmirdik. Yoldaşım dedi ki, Ermənistana getsək, nə düşünürsən,
yenə Rusiyada qalmayacağıqmı və yaxınlarımıza kömək edə
bilməyəcəyik. Daha iki ay qaldıq, sənədlərimiz hazırladıq. Allaha
şükür ki, alındı və sonra Gürcüstana gəldik”
Gürcüstanda tapılan
Ukrayna
Mənim üçün Gürcüstan mənə Ukraynanı kəşf etdirən ölkədir. Çünki
burada, tanıdığım bu qeyri-adi insanların vasitəsilə öz ölkəmi, öz
əcdadlarımı daha yaxşı hiss etdim. Burada öz tariximizdən,
mədəniyyətimizdən, ədəbiyyatımızdan, ənənələrimizdən çox danışırıq.
Bu mənim üçün təmiz hava udmaq kimidir. Hələ ki, elə yerdə
yaşayırdıq bütün gün təxribatlar danışırdılar, çalışırdım övladımı
bunlardan qoruyum. Evdə ukrayna ədəbiyyatı var idi, amma bu yalnız
evdə idi. Burada isə ukrayna məktəbinə gedə bilirik. Gürcüstanın 41
və 220 saylı məktəblərdə ukrayna bölməsi açması sayəsində övladım
indi ukrayna dilli dərnəyə gedə bilir. Mənim həmfikirlərimin
əhatəsində olmaq imkanım var
Rusiyada yaşamaq və
təhqiredici münasibət
Nənəmi sovet dövründə Sibirə sürgün ediblər. Onlar Ternopil
vilayətində yaşayırdılar. Onların evlərini əllərindən alıblar,
repressiya qurbanıdırlar. Mənim böyük babamı güllələyiblər, nənəmi
isə uşaqlarla birlikdə Sibirə sürgün ediblər. Onlar orada yaşayır
və mədəndə işləyirmişlər. Nənəm həmişə deyirdi: “Rus almandan
pisdir”. Rusa inanmayın, rusların nə dediyinə heç vaxt inanmayın.
Neçə ildir, orada yaşayırıq, amma mən Ukraynanı sevirdim. Evdə
ukrayna dilində danışırdıq. Evdə ukrayna dilində kitablarımız var
idi, övladımı belə öyrədirdim. Ancaq Rusiyanın olmayan hər şeyə
qarşı imperialist yanaşmasını görürdüm. Bizə belə deyirdilər:
“Bizim hamıya münasibətimiz yaxşıdır, hamını sevirik, ancaq sən
xaxolsan”, “Sən rus deyilsən?”. Mənim uşağım ukrayna dilində söz
deyəndə – biz evdə ukrayna dilində, bayırda isə rus dilində
danışırdıq – deyirdilər, o nə sözdür deyir? Bu nə isə xaxol
sözüdür? Mən cavab verirdim ki, mənim uşağım ukrayna dilində
danışır. Onlar deyirdilər: “Niyə? Axı siz Rusiyada yaşayırsınız,
ukrayna dili nəyinizə lazımdır?” Anama deyirdilər – “Sən rus
deyilsən?” O, cavab verirdi: “Rus deyiləm, ukraynalıyam”. Onlar
deyirdilər: “Aa ukraynalısan...”. Elə yanaşmaları var idi, sanki
itə qarşı, səni sevirik, amma sən itsən, biz isə ev sahibiyik. Bu
bərabər yanaşma deyildi. Bu ev sahibinin itə qarşı olan münasibəti
idi. “Sən vişivanka geyinibsən, gözəl mahnılar oxuyursan, amma yenə
də biz səndən üstünük”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.