Kvemo Kartlidə mülki fəallar və jurnalistlərə yad nömrədən zəng edərək təhqir edirlər
Kvemo Kartlidə işləyən, “Rus qanununa” etiraz edən mülki fəallara və jurnalistlərə yad nömrədən zənglər edilir. Mülki fəallar və jurnalistləri təhqir edirlər, rus qanunu dəstəkləmədiyinə görə, onları vətən xaini adlandırırlar.

9 may tarixində, axşam saatlarında “Marneuli” radiosunun jurnalistlər Tiko Davadze və Vladimer Çxitunidzeyə zəng olunub.

“Saat 19:49-da mobil telefonuma yad nömrədən (+995551157315) zəng gəldi, müsahibimdən vacib
zəng gözləyirdim və düşünmədən cavab verdim. Bir qadın danışmağa başladı – “Salam Tea, siz bilirsinizmi ki, vətən xainisiniz?” – həm də mənə Tea deyə müraciət etdi, məni bu adla demək olar heç kim tanımır. Soruşdum ki, mənim şəxsi məlumatlarımı haradan əldə edib, yalnız bunu izah edin dedim və bildirdi ki, bu mənim işim deyil.

Həmin nömrədən dünən fəal vətəndaşların çoxuna zəng vurublar. Onların əsas məqsədi mülki fəal və jurnalistləri hədələməkdir və mənim işıqlandırdığım materialları xəyanətkar adlandırmaqları necə də gülməlidir. Bununla bizi qorxuda bilməzər və hər yerdə deyəcəyəm – rus qanununa yox!”,
– Tiko Davadze bildirir.


Həmin nömrə ilə mülki fəallara da zəng olunub. Mülki fəallar öz səhifələrində yazırlar ki, ortayaşlı qadın onlara rəsmi adları ilə müraciət edirmiş, onları ölkə düşməni adlandırıb və sonra telefonu söndürürmüş.



Mülki fəallara Gürcüstan nömrəsi ilə yanaşı Azərbaycan nömrələrindən də zəng gəlib. Mülki fəalların bir hissəsi təhlükəsizliyi qorumaq məqsədilə zənglərə cavab verməyib.

“Dünən bir saat ərzində eyni nömrədən beş dəfə zəng gəldi, Gürcüstan nömrəsi idi, amma cavab vermədim. Çünki ümumi tövsiyə belədir ki, cavab verməyək. Bilmirəm kim idi və nə istəyirdilər, amma son günlərdə yad npmrələrə cavab vermirəm. Bu tendensiyaya gəldikdə isə, birmənalı hədələmə metodudur və bir ay ərzində rus qanununa qarşı mübarizə aparan adamları qorxutmaq istəyirlər. Onlara, ailə üzvlərinə zəng vururlar, 11 yaşlı uşağa zəng vururlar ki, qorxutsunlar və onları, valideynlərini hədələsinlər, heç kim küçəyə çıxmasın. Bu mümkün deyil. Əksinə, bu hadisələrdən sonra daha çox adam çıxacaq. Biz görürük ki, qanun hələ qəbul olunmayıb, amma “Gürcü Arzusu” format və metodları artıq dəyişib. Partiyanın yanaşmasını və siyasətini bəyənməyən hər kəslə hesablaşırlar”, – “Ai Fakt”-ın araşdırmaçı jurnalisti Aydan Yusif bildirir.

9 may tarixində “Kvemo Kartli Mediasının” rəhbəri Manon Bokuçavaya da yad nömrədən zəng vurublar.

“9 may tarixində mənim nömrəmə yad şəxs, 551 157 315 nömrəsindən zəng vurdu. Məni təhqir etdi – adım ilə müraciət edirdi və deyirdi ki, mən “vətən xainiyəm”.

Bu indiki mərhələdə şifahi həyata keçirilən zorakılıqdır və hədələmə ilə göstərirlər. Ancaq təəsüf ki, daha pisini gözləyirəm. Ölkədə cərəyan edən və “rus qanunu”-nun qəbulu cəhdi ilə bağlı proseslər artıq müstəqil jurnalist fəaliyyətinə ciddi təhlükə yaradır. Bu təkcə jurnalist fəaliyyətinə aid deyil. Biz hər gün insan haqlarının necə pozulduğunu, siyasi mühit baxımından Rusiya və Belarusiyaya necə bənzədiyimizi görürük. Mühacirətdə olan, bu ölkələrdən olan bir çox jurnalistlərlə şəxsən əlaqəm olub və indi bizim keçdiyimiz yolu onlar da keçib. Təəssüf ki, onlar öz ölkələrinin gələcəyini qoruya bilmədilər”,
– Manon Bokuçava bildirir.

Bolnisi qadın icması WW radiosunun təsisçisi Mariko Tsikoridzenin ailə üzvünə də təhdid və təhqiramiz zəng olunub.

“Bu bütün hüquqi çərçivələri aşmış bir hərəkətdir. Bu hökumətə qarşı inamsızlığı daha da artırır və təbii ki, hakimiyyətin total zorakılığa səfərbər olması fikrini daha da gücləndirir. Mən Parlament üzvlərindən dəhşətli şərhlər eşitdim ki, bu qarşıdurmanı ictimaiyyət başlayıb və ilk olaraq onların nömrələrini açıqlayıblar. Dövlət məmurları buna tam gücü ilə təzyiq göstərirlər - marazm. Hakimiyyət ikiqat məsuliyyətə sahib olduğunu unudub, hesab edirəm ki,ədalətli şəkildə qəzəblənmiş öz ictimaiyyətinə qarşı mübarizə aparmaqdan böyük səviyyəsizlik yoxdur, bu ölkəyə xəyanətdir.

Bizə zəng vuranda qanuna aksent etmədilər. Söyüş söyürdülər və anam dedi: Siz necə ailədə böyümüsünüz, ananın yoxdurmu?. Ona cavab olaraq övladına bax, xəyanətkar böyütmüsən dedilər”,
– Mariko Tsikoridze bildirir.

“Kvemo Kartli Mediasının” bəyanatına görə, onlar artıq Xalq Müdafiəçisi Aparatına və Şəxsi Məlumatların Müdafiəsi Xidmətinə müraciət ediblər. Zəngərlə əlaqədar “Marneuli” radiosu da Şəxsi Məlumatların Müdafiəsi Xidmətinə müraciət edib.

Qeyd edək ki, 9 may tarixində, Marneulili mülki fəal Qiorqi Mumladze hücuma məruz qalıb. Onu evinin yaxınlığında 4 maskalı şəxs izləyib, Mumladze onları görüb, həmin şəxslər ona fiziki təzyiq göstərib və Qiorqinin ona hücum etmək üçün istifadə etdiyi mobil telefonunu əlindən alıblar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər