İnformasiya xidmətinin rəhbəri Nodar Meladzenin sözlərinə görə, “Tv
Pirvelinin” yaydığı kadrlara əsasən,
Daxili İşlər Nazirliyi hələ münasibət bildirməsə də, yad şəxslər
pusqu qurubmuşlar.
“Əvvəl Daxili İşlər Nazirliyinə, sonra 112-yə zəng
etdik. Bütün gecə patrulun gəlməsini gözlədik, amma patrul gəlmədi.
Daxili İşlər Nazirliyinə məlumat verdik ki, 2 ədəd dövlət nömrə
nişanı olmayan və tranzit nömrələri şübhəli olan maskalı şəxslər
televiziyanın yaxınlığında pusqu qurub, onlar bizi izləyir və
təhlükə yaradırlar. Dərhal təhlükəni kim zərərsizləşdirməli idi?
Polis. Zəngə gəlmədilər. 5 zəngdən 5-nə də məhəl qoyulmayıb.
Bununla da Qomelauri mediaya, vətəndaşa, jurnalistə deyir ki, kimsə
sizə hücum çəkməyə gəlsə və siz polisi çağırsanız, mən gəlməyəcəm.
Bu, ən azı məmurun biganəliyinin birbaşa sübutudur”,
- Meladze bildirib.
“Nabici”nin üzvü Lazare Ordenidze də sosial şəbəkədə pusquya
salındığı iddiası ilə bağlı yazıb və avtomobilin fotolarını
paylaşıb.
“Onlar bütün günü pusquda olsalar da, məni tək tuta
bilmədilər. Ümumilikdə ən azı 7 nəfər var idi, 3 ekipaj məni tutmaq
üçün “işləyirdi””, - deyə yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.