Daxili İşlər Nazirliyi: Parlamentin girişindəki qoruyucu bariyeri qəsdən zədələyən iki şəxsi həbs etdik

Daxili İşlər Nazirliyi 2 nəfəri qrup yolu ilə əmlaka ziyan vurmaqda təqsirli bilərək həbs edib.

Agentliyin məlumatına əsasən, mayın 14-də parlamentin qarşısında keçirilən aksiyada məhbuslar parlamentin girişinə qoyulmuş dəmir qoruyucu bəndi zədələyiblər.

Qurum tərəfindən Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə obyektə qrup şəklində zərər vurma ilə bağlı araşdırmalara başlanılıb.

Cinayət 6 ilə qədər
azdalıqdan məhrumetməni nəzərdə tutur.

„Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları aparılan operativ əməliyyat tədbirləri və istintaq nəticəsində mütəşəkkil qrup tərəfindən törədilmiş, əşyaya ziyan vurma ittihami ilə 2005-ci il təvəllüdlü O.O. və keçmişdə mühakimə edilmiş 2001-ci il təvəllüdlü S.M-nı saxlayıblar. Cinayətin törədilməsinə görə 6 ilə qədər həbs cəzası nəzərdə tutulur. İstintaq nəticəsində aydın olub ki, cari ilin 14 may tarixində, Tbilisidə, qanunvericilik orqanı binasının ərazisində gedən etiraz aksiyası zamanı S.M. və O.O. digər şəxslərlə birlikdə, fiziki gücdən, eləcə də dəmir əşyadan istifadə edərək, məqsədyönlü şəkildə Parlamentin girişində yerləşdirilmiş dəmir qoruyucu bəndə ziyan vurublar”- bəyanatda yazılıb.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



 

Print Email
FaceBook Twitter Google