“Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı qaytarmaq
istəyi heç kəsi təəccübləndirmir, lakin Abxaziyanın vəzifəsi
dövlətçiliyi inkişaf etdirmək və möhkəmləndirməkdir”.
Bu barədə TASS-a Abxaziyanın Təhlükəsizlik Şurasının katibi Sergey
Şamba Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Gürcüstanın
Abxaziya və Cənubi Osetiyanı öz üzvlüyünə qaytarmaq və 2030-cu ilə
qədər Avropa İttifaqına üzv olmaq niyyətində olması barədə
bəyanatına cavab verərkən deyib.
“Onlar (Gürcüstan) 30 ildir ki, bizim qayıtmağımızı
istəyirlər, həl 300 il də istəyəcəklər, təbii ki, buna kim
təəccüblənir? Bu, onların xarici siyasət vəzifəsidir və bizim üçün
yeni deyil. Abxaziyanın öz vəzifələri var, o, müstəqil dövlət
qurmaq, dövlətçiliyini inkişaf etdirmək və
möhkəmləndirməkdir”, - Şamba bildirib.
Şambanın sözlərinə görə, Abxaziya ilə Gürcüstan arasında “bir çox
həll olunmamış problemlər” var.
“Vaxtı gələndə biz bunu müzakirə edəcəyik, baxmayaraq
ki, belə bir hazırlığı görməsək də, konfederasiya və ya bu dövlətlə
hər hansı digər münasibətlə bağlı məsələləri müzakirə etmək
fikrində deyilik”, - o deyib.
Şamba qeyd edib ki, 1992-ci il gürcü-abxaz müharibəsi ərəfəsində
abxaziyalı siyasətçi Taras Şamba konfederal münasibətlər modelini
nəzərdə tutan saziş layihəsini təqdim edib, lakin bu layihə
Abxaziya parlamentində müzakirə olunmalı olan gün, Gürcüstan
ordusunun qoşunları Abxaziya ərazisinə daxil oldu və müharibə
başladı.
"O vaxtdan bəri çox şey dəyişdi və indi bu barədə
danışılmır", - deyə Şamba bildirib.
O, həmçinin xatırladıb ki, 2008-ci ildə Abxaziyanın müstəqilliyinin
tanınması ərəfəsində Rusiya Gürcüstanla konfederal münasibətlər
qurmağı təklif edib, lakin prezident Sergey Baqapş bu təklifdən
qəti şəkildə imtina edib.
"Biz Gürcüstana sabitlik və təhlükəsizlik arzulayırıq,
onlar öz yolu ilə gedirlər, biz də öz yolumuzla
gedirik", - Şamba deyib.
Gürcüstanın baş naziri İrakli Koabxidze Müstəqillik Gününə həsr
olunmuş tədbirdəki çıxışında bildirib ki, Gürcüstan “bir növ
Musanın yolu”ndan keçir, onun fikrincə, ölkəni şübhəsiz ki,
“Musanın yolu vəd edilmiş torpaqlara aparıb çıxaracaq”.
Kobaxidzenin sözlərinə görə, onların “vəd edilmiş torpaqları” və ya
“Gürcü arzusu” Gürcüstanın müstəqilliyini bərpa etdikdən 40 il
sonra abxaz və osetin vətəndaşları ilə birlikdə güclü və Avropalı
Gürcüstanda yaşamaqdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.