Marneulidə baş vermiş təbii fəlakətin nəticələrini altı işçi qrupu
araşdırır.
Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dəymiş ziyan
haqqında hələ dəqiq məlumat yoxdur. Çünki hələ də vəziyyəti
araşdırırlar.
Meriyanın təbii fəlakət və yanğın nəticəsində dəyən ziyanı təyin
edən daimi komissiyasına 5 səyyar qrup əlavə olunub, onlar Marneuli
miqyasında sahədə
işləyirlər.
Təbii fəlakətlə əlaqədar bələdiyyənin qaynar xətti də fəaliyyət
göstərir. Vətəndaşlar qeyd olunan nömrələrə zəng vurub dəyən ziyan
haqqında məlumat verə bilərlər:
Bələdiyyənin 27 may tarixinə qədər qeyd olunan nömrələrə gələn
zənglərlə bağlı statistikası yoxdur.
25 may tarixində, gecə saatlarında güclü yağış nəticəsində Algeti,
Xrami və Debet çayları daşıb. Marneuli şəhərinin küçələrinin bir
qismi su altında qalıb. Həmçinin, bələdiyyənin bir neçə kəndini də
su basıb.
Təbii fəlakətin baş verdiyi ərazilərdə hələ də təmizləmə işləri
aparılır.
Marneuli bazarından canlı yayın:
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.