Meriya Müstəqillik Günü üçün qoçu 800 lariyə alıb
26 may tarixində, Marneulidə Müstəqillik Gününün qeyd olunduğu tədbirdə müxtəlif idman aktivlikləri keçirilib. Gürcü güləşi, qol güləşi və oxçuluq yarışları keçirilib.

Marneuli meriyası idman tədbirlərinin təşkili üçün üç sadələşdirilmiş müqavilə bağlayıb və 2 630 lari xərcləyib.

“Xatırladaq ki, cari ilin 26 may tarixində, Müstəqillik Günü ilə əlaqədar ənənəvi olaraq tədbir keçirilir. Cari ilin tədbiri çərçivəsində
idman fəaliyyətləri, konkret olaraq, gürcü güləşi, qol güləşi, oxçuluq planlaşdırılıb. İdman tədbirlərinin tam keçirilməsi üçün musiqiçi (zurna, qarmon və toy) xidməti, 15 ədəd idman kuboku, 65 ədəd medal və 70 ədəd diplom lazımdır”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Meriya üç musiqiçinin xidmətinə (toy, qarmon və zurna) 650 lari ödəyib. Sadələşdirilmiş müqavilə fiziki şəxs, Mixeil Lağidze ilə bağlanıb.

Bir qoça 800 lari ödəyiblər və həmin qoçu da Mixeil Lağidzedən alıblar.

Meriya 65 medal, 70 ədəd diplom və 15 kuboka 1 180 lari ödəyib və fərdi sahibkar Əkrəm Qəhrəmanovdan alıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google