Biznesmen, Wissol Group-un təsisçisi Soso Pxakadze hakimiyyətə
müraciət edir.
O, hakimiyyətə mövcud vəziyyətlə bağlı 2 çıxış yolu təklif edir:
qanunla bağlı vetoya baxılmasını təxirə salmaq və bu qanunun icrası
üçün son tarix kimi 2025-ci il yanvarın 1-nə təyin etmək.
"Salam dostlar!
Mən bu ölkənin vətəndaşlarından, iş adamlarından biri kimi
ölkəmizdə baş verən hadisələrə bir daha münasibət bildirməyi özümə
borc bilirəm.
Əvvəlki bəyanatda olduğu kimi, ölkənin Avropa və Avro-Atlantik
kursuna sadiqliyi və bu kursun alternativsizliyi ilə bağlı
sarsılmaz mövqeyimi bir daha qəti və birmənalı şəkildə
bildirirəm.
Ölkəmizdə vəziyyəti yumşaltmaq üçün konkret kompromis yolu
tapılmadığından, məncə, aşağıdakı iki variantdan birini seçmək
məqsədəuyğun olardı.
Birincisi, sabah hökumət vetoya baxılmasını təxirə salmalıdır;
Gəlin bir az vaxt ayıraq və bu vaxtdan strateji tərəfdaşlarımızla
növbəti məsləhətləşmələr üçün istifadə edək ki, ölkə
konstitusiyasının zəmanət verdiyi xarici siyasət kursuna xələl
gəlməsin.
Yaxud ikinci variant, mövcud hüquqi sənədlərin tətbiqi və qanuna
dəyişikliklər yolu ilə qanunun qüvvəyə minmə tarixini 2025-ci ilin
əvvəlinə, deyək ki, yanvarın 1-nə təyin etmək. Belə olan halda bu
qanunun əhalimiz üçün nə dərəcədə məqbul olduğunu parlament
seçkilərinin nəticələri müəyyən edərdi.
Burada qeyd etmək istərdim ki, yuxarıda qeyd olunan variantların
hər ikisi bir iş adamı kimi məndə olan məlumatlar əsasında mövcud
vəziyyətin təhlilinə əsaslanır.
Ümid edirəm ki, mənim səmimi fikirlərim səlahiyyətli şəxslər
tərəfindən nəzərə alınacaq və bu, ölkəmizin inkişafının normal
rejimə qayıtmasına töhfə verəcək”, - Soso Pxakadze
LinkedIn-də yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.