Bu gün, saat 11:00-dan vətəndaşlar parlament binasının arxasında toplaşacaq

Bu gün, 28 may tarixində vətəndaşlar “Rus qanununa” vetonun qoyulmasının müzakirəsi ilə paralel olaraq, səhər saatlarında parlamentə toplaşacaq.



Saat 11:00-dan etibarən “Dafion” gənclər hərəkatı vətəndaşları parlamentin arxasına toplaşmağa çağırır.

“İndiki mərhələdə Gürcüstanı “Rus qanunundan” və rejimindən qorumaqdan vacib heç nə yoxdur, ona görə də, sabah hamımız parlament binasının arxasında olmalıyıq. Gürcüstanı qorumaq üçün bütün işlərimizi kənara
qoyaq”,
- “Dafion” yazır.

“Qirçi - Daha Çox Azadlıq” partiyası da saat 12:00-dan etibarən vətəndaşları parlament binasının arxasına toplaşmağa çağırır.

“Səhərdən axşama qədər - Parlament binasının yanında”, - “Qirçi - Daha Çox Azadlıq” partiyası yazır.

Bu axşam saat 17:00-da vətəndaş təşkilatlarının da iştirakı ilə parlament binasının qarşısında “Rus qanunu” na qarşı etiraz aksiyalarını davam edəcək.

"Bu gün, Gürcüstan parlamenti prezident tərəfindən “Rus qanununa” qarşı qoyulan vetoyu aradan qaldırmağa çalışacaq. Gürcüstanın Avro-Atlantik gələcəyini dəstəkləyən bütün deputatlar vetoya qarşı öz mövqelərini və parlamentdə gürcü xalqının marağını müdafiə edəcəklər.

Biz parlamentə toplaşırıq ki, Gürcüstanın gələcəyini məhv etməyə çalışanlara səsimizi kənardan çatdıraq. Gürcü xalqının “Rus qanunu” ilə yaşamayacağını yüksək səslə deyək”,
- aksiya təşkilatçıları bəyan edir.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google