Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir.
106 il əvvəl - 1918-ci ilin bu günündə müsəlman dünyasında ilk
respublika -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.
Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya
Müharibəsi başa çatdıqdan və Rusiya imperiyası dağıldıqdan sonra
mümkün olub. Amma Zaqafqaziyada imperiya irsi region xalqları
arasında ciddi ziddiyyətlər yaradıb və onların elan etdikləri
Zaqafqaziya Respublikası çərçivəsində birləşməsinə imkan
verməyib.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymində (parlamentində) gürcü
və erməni fraksiyaları arasında fikir ayrılıqları nəticəsində
Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR)
dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan edib.
Mayın 26-da gürcülər Federasiyadan çıxıb Gürcüstanın müstəqilliyini
elan etdikdən sonra mayın 27-də Zaqafqaziya Seyminin müsəlman
fraksiyaları Azərbaycanın müstəqilliyini elan ediblər. Elə həmin
iclasda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının rəyasət
heyəti və sədri seçilib.
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edilib, sənəddə
Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan
edilib. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan xalqları suveren
hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan
olunur.
Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət
göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı başda Stepan
Şaumyan olmaqla, Bakı kommunasının nəzarəti altında idi. AXC
hökuməti yalnız 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam
Ordusunun paytaxtı Bakı komissarlarını əvəz edən eser-menşevik
"Mərkəzi Kaspi Diktaturası" hökumətindən azad etməsindən sonra
Bakıya köçüb.
AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün
vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman
dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.
AXC Versal Sülh Konfransında tanınıb. Mövcud olduğu 23 ay ərzində
AXC-də bir sıra qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və
iqtisadi islahatlar həyata keçirilib, Azərbaycanda ilk universitet
yaradılıb.
İlk Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də
Qırmızı Ordunun işğalı nəticəsində dağılıb. Azərbaycan ittifaq
dövləti kimi SSRİ-nin tərkibinə daxil olub.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik
əldə edib və özünü AXC-nin varisi elan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.