BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi Qəzzadakı vəziyyəti "yer üzərində cəhənnəm" adlandırıb
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi İsrailin bazar ertəsi Rəfah şəhərinə hücumundan sonra Qəzzadakı vəziyyəti "yer üzərində cəhənnəm" adlandırıb. Fələstin səhiyyə rəsmiləri hücum zamanı azı 45 nəfərin həyatını itirdiyini bildirib.

"Rəfahda sığınacaq axtaran ailələrə qarşı növbəti hücumlar barədə yayılan məlumatlar dəhşətlidir. Kütləvi şəkildə ölənlər arasında uşaqlar və qadınların da olduğu barədə məlumatlar var" - deyə, BMT-nin Fələstinli Qaçqınlar
üzrə Agentliyi bildirib.

İsrail qüvvələri bazar günü İsrailin HƏMAS-ın iki yüksək yüksək səviyyəli rəsmisinin öldürüldüyünü bildirdiyi hücumu nəiticəsində yanğın barədə xəbərlərin verilməsindən sonra Rəfahdakı insidentlə bağlı araşdırma aparıldığını bəyan edib.

Qəzzanın Səhiyyə Nazirliyi hücum nəticəsində köçkünlərin sığındığı ərazidə çadırların yandığını, ölənlərdən əlavə onlarla insanın yaralandığını bildirib.

İsrail qüvvələri hücumu HƏMAS-ın İordan çayının qərb sahili üzrə hərbi qərargah rəisi Yasin Rəbianın öldürüldüyü hədəfəli hava hücumu kimi xarakterizə edib.

Qətərin Xarici İşlər Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, hücum atəşkəs və Qəzzada saxlanılan girovların qaytarılması üçün vasitəçilik səylərini çətinləşdirə bilər.

Avropa Birliyi Xarici Siyasət idarəsinin rəhbəri Cosep Borrel bu hücumu qeyd edərək, bazar ertəsi beynəlxalq ictimaiyyətin İsraili Rəfahdakı hücumlarını dərhal dayandırmağa çağıran Beynəlxalq Ədalət Məhkəməsinin keçən həftə verdiyi qərarını "necə həyata keçirə biləcəyi" dilemması ilə üzləşdiyini bildirib.

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının bir qolu olsa da, lakin qərarlarının icra edilməsi mexanizminə malik değil.

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın Qəzza zolağında nəzarətinə son qoyulana qədər İsrailin bölgəni tərk etməyəcəyinə söz verib. Onun sözlərinə görə, İsrail HƏMAS-ın oradakı batalyonlarını məhv etmək üçün Rəfahı ələ keçirməli və İsrail ordusunun əvvəllər nəzarətini əlinə aldığı Qəzzanın digər bölgələrində bir müddət əvvəl yenidən qruplaşan militantlar üzərində "tam qələbə" çalmalıdır.

HƏMAS bazar günü İsrailin ticarət mərkəzi olan Təl-Əvivi hədəf alan "genişmiqyaslı raket hücumu" həyata keçirdiyini bildirib.

HƏMAS-ın hücumları zamanı hava hücumu sirenləri səslənib, lakin İsrail tələfat və dağıntılar barədə məlumat verilmədiyini bildirib. Bu, yanvar ayından Qəzza sərhədi boyunca İsrailə raket və minaatanlardan hücumlar edilməsinə baxmayaraq, Qəzzadan uzunmənzilli raketlə edilən ilk hücum idi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google