Marneuli meriyasında struktur dəyişiklikləri aparılır
Marneuli Bələdiyyə Məclisinin 28 may tarixində baş tutan iclasında məlum olub ki, 2024-cü ilin 13 mart tarixindən bələdiyyədə dəyişikliklər aparılır. Dəyişikliklər prosesi bələdiyyədəki xidmətlərdən də yan ötməyib. Onlar arasında Marneuli bələdiyyəsinin “Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə Xidməti, Marneuli meriyasının Daxili Audit, İnfrastruktur və İqtisadiyyatın İnkişafı, İnzibati Xidmət də yer alıb.

Dəyişiklərlə bağlı
məsələni Bələdiyyə Məclisi iclasında meriyanın İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb və bildirirb ki, dəyişikliklər çərçivəsində Daxili Auditə iki şöbə əlavə olunur, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə Xidmətində isə Uşaq Hüquqlarına Dəstək istiqaməti ayrı olacaq.

“İnzibati Xidmətdə İnformasiya və Statistika Şöbəsi ləğv olunur, müvafiq olaraq əlavə bir şöbə, bu şöbə indiyə kimi İnsan Resurslarının İdarəedilməsi Şöbəsinə daxil idi, indi isə ayrılır. Daxili Auditə dəyişikliklər çərçivəsində 2 şöbə əlavə olunur, onlardan biri Audit Şöbəsi, digəri isə Monitorinq Şöbəsi olacaq. Daxili Audit Şöbəsi meriya xidmətlərinə, eləcə də meriyanın tərkibində olan MMC, Qeyri-Kommersiya təşkilatlarına planlı auditoriya yoxlamalarını həyata keçirəcəkvə müvafiq tövsiyələr verəcək. Monitorinq Şöbəsinin əsas funksiyası Audit Şöbəsi tərəfindən verilmiş funksiyaların monitorinqi, tövsiyələr vermək və xidmətlərə, qeyri-kommersiya, MMC-lərə kömək etmək olacaq ki, bu tövsiyələri yerinə yetirsnlər. Dəyişiklik Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq hüquqlarının müdafiəsi istiqamətinin funksiyasının dah ayaxşı yerinə yetirilməsi üçün qərar qəbul edilib. Qərara görə, funksiyanın yerinə yetirilməsi üçün ayrıca şöbə, Uşaq Hüquqları və Dəstəgöstərmə Şöbəsi yaradılmalıdır. Həmin şöbə “Uşaq Hüquqlarının Müdafiəsi Məcəlləsi istiqamətində funksiyaları yerinə yetirəcək və qeyd olunan funksiyalar daha effektiv həyata keçiriləcək” – Mamuka Şubitidze bildirir və qeyd edib ki, Məlumat və Statistika Şöbəsinin daxil olduğu inzibati xidmət aparılan dəyişikliklər nəticəsində ləğv olunur. Statistikanın bir hissəsinin İqtisadi Şöbənin bir hissəsi ilə birləşdirilməsinə qərar verilib. İqtisadiyyat Şöbəsi İnfrastruktut və İqtisadi İnkişaf Xidmətinə daxildir.

Deputatlar qeyd olunan dəyişiklikləri dəstəkləyiblər. Heç kim aparılan dəyişikliklər haqqında sual verməyib və dəyişikliklər səs çoxluğu ilə qəbul olunub.

Bələdiyyə Məclisinin 28 may tarixində baş tutan iclasının canlı yayını:



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google