Şarl Mişel: Gürcüstanı Avropa Şurasının növbəti müzakirə planına əlavə edəcəyəm

Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, Gürcüstan parlamentində “Şəffaflıq haqqında qanun”un qəbulu geriyə atılan addımdır və Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır.


“Avropa Şurası dekabrda Gürcüstanın müvafiq addımlar atacağını və lazımi demokratik islahatlar aparacağını nəzərə alaraq, Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

Parlamentdə “Şəffaflıq haqqında qanun”un qəbulu geriyə atılan addımdır və Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır.

Gürcü xalqı aydın şəkildə gələcək olaraq Avropa İttifaqını seçib və biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik.

Bu səbəbdən mən Gürcüstanı növbəti Avropa Şurasının müzakirə planına əlavə edəcəyəm”,
- Şarl Mişel “Twitter”-da yazır.

Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google