Müəllimlərin maaşı iyul ayından orta hesabla 500 lari artacaq - Nazirlik
Təhsil naziri Qiorqi Amilaxvarinin parlamentə təqdim etdiyi hesabata görə, iyulun 1-dən müəllimlərin əməkhaqqı yeni əmək haqqı sisteminə keçəcək.

Sənəddə tam ştatlı müəllimlərin 70%-nin maaşının orta hesabla 500 lari artacağı qeyd olunub.

“Yeni əməkhaqqı sistemi ilə bütün müəllimlərin maaşı artacaq, təbii ki, saatlıq dərs yükü çox olduğu halda artım daha çox olacaq və tam ştatlı müəllimlərin 70%-nin
maaşı orta hesabla 500 lari artacaq.

Keyfiyyətli təhsili təmin etmək üçün müəllimlərin peşəkarcasına inkişaf etmələri və karyeralarında irəliləyişlər əldə etmələri üçün sistemin dəstəkləyici mexanizmlərin işlənib hazırlanması təbiidir”,
- deyə nazirin hesabatında bildirilir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google