“35,3 milyon lari verilib” - nə qədər insan məcmu pensiyadan yararlanıb
Mayın 31-nə olan statistik məlumatlara görə, pensiya sistemi iştirakçılarının sayı 1,519 milyon nəfər təşkil edib. Bu barədə məlumatı Pensiya Agentliyi yayıb.

Onların məlumatına görə, 31 may 2024-cü il tarixinə müxtəlif kateqoriyalardan olan 10 356 nəfər yığılmış pensiyadan yararlanıb və onlara 35,3 milyon lari pensiya ödənilib.

Bundan əlavə, agentliyin məlumatına görə, pensiya aktivlərinin dəyəri 5,1 milyard lari təşkil edir ki, onların arasında yaradılan məbləğlər də 1,1 milyard lari keçib.

Portfel üzrə statistikaya gəlincə, 2023-cü ilin avqustundan 31 may 2024-cü il tarixinədək portfellərin istifadəyə verilməsindən (2023-cü il avqust) bu günə kimi cəmi real (inflyasiyaya uyğunlaşdırılmış) vəsait çıxarılması aşağıdakı kimidir:
  • • Mühafizəkar portfel 7,68%
  • • Balanslaşdırılmış portfel 9,72%
  • • Dinamik portfel 11,04%
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google