Ərdoğan bu gün İspaniyaya rəsmi səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də İspaniyaya rəsmi səfərə yollanacaq.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, səfərin ilk günü İspaniya kralı VI Felipe ilə görüşəcək. Ərdoğan iyunun 13-də krallığın Baş naziri Pedro Sançeslə bir araya gələcək.

Məlumata görə, görüşlərdə Qəzzada baş verən hadisələr başlıca mövzu olacaq. Türkiyə-İspaniya əlaqələrinin inkişafı müzakirə olunacaq. Bundan başqa,
R.T.Ərdoğanla Pedro Sançes Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası zivə toplantısına da sədrlik edəcəklər. Sammitdə ticarət, maliyyə, mədəni və idman sahələrinə dair bir sıra müqavilələrin imzalanması planlaşdırılıb.

Qeyd edək ki, İspaniya mayın 28-də Fələstinin müstəqilliyini tanıyıb.
Mənbə: report.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google