Sanksiya tətbiq edilən Moskva birjası artıq dollar və avro ilə ticarət edə bilməyəcək
Moskva birjası bu gün, iyunun 13-dən etibarən ABŞ dolları və avro ilə ticarəti dayandırmağa məcburdur. Səbəb birjanın sanksiyaya məruz qalmasıdır. İyunun 12-də Amerika Birləşmiş Ştatları Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib və Moskva Birjasını (MOEX) sanksiya siyahısına əlavə edib.

Moskva birjasının rəsmi saytında dərc olunan məlumata görə, iyunun 13-dən “valyuta bazarında və qiymətli metallar
bazarında ticarət ABŞ dolları və avrodan başqa bütün vasitələrlə aparılacaq”. Rusiya Mərkəzi Bankı dollar və avro ticarətinin birjadan kənarda davam edəcəyini açıqlayıb.

ABŞ Moskva Birjasından əlavə, Rusiya valyuta bazarında dolların alqı-satqısında vasitəçi kimi çıxış edən Milli Klirinq Mərkəzi və Milli Depozitariyə də sanksiyalar tətbiq edib.

Moskva Birjası Rusiyanın maliyyə strukturunun mühüm hissəsidir, burada banklar, bizneslər və investorlar valyuta alıb-satırlar. Rusiya Mərkəzi Bankı bu ticarətin nəticələrinə əsasən milli valyuta olan rublun məzənnəsini müəyyən edib. Sanksiyalar əslində bu sistemi pozdu.

Bundan sonra Rusiya Mərkəzi Bankı rublun məzənnəsini bank çıxarışları və birjadankənar ticarət məlumatlarına əsasən təyin edəcək. Analitiklərin fikrincə, məzənnənin müəyyənləşdirilməsi qeyri-şəffaf olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345