Avropa İttifaqı Azərbaycan qazını Rusiya boru kəmərləri ilə nəql etməyi planlaşdırır
Avropa İttifaqı Azərbaycandan qaz nəqli ilə bağlı yeni planı nəzərdən keçirir. Bu məqsədlə Ukrayna ərazisindən keçən Rusiya boru kəmərlərindən istifadə edəcək. Bu barədə Bloomberg məlumat yayıb.

Aİ müxtəlif enerji mənbələri tapmaq və Rusiya qazından daha az asılı olmaq istəyir. Aİ rəsmiləri və Avropa hökumətlərinin nümayəndələri Rusiya qazının öz ərazilərindən tranzitinə dair sazişin müddətini 2025-ci ildən sonra
uzatmaq üçün Ukrayna ilə danışıqlar aparır, lakin Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleks Çernışov bildirib ki, Ukrayna Rusiya (Qazprom) qazı ilə bağlı Aİ-nin heç bir layihəsinə qoşulmayacaq.

İdeyalardan biri Aİ-nin Azərbaycandan qaz alması və onun Ukraynaya nəqli üçün Rusiya boru kəmərlərindən istifadə etməsidir. Beləliklə, Aİ birbaşa Rusiyadan qaz almaq məcburiyyətində qalmayacaq.

Ukrayna Azərbaycandan qaz almağa açıqdır və öz boru kəmərlərindən istifadə etmək istəyir. Avropa İttifaqı hesab edir ki, ölkə iqtisadiyyatına kömək etmək üçün Ukrayna ərazisindən tranzitin saxlanması vacibdir.

Həmçinin, Avropa rəsmiləri, Bloomberg-in bəyanatına görə, istifadə olunmayan boru kəmərlərinin zədələnə və ya hərbi münaqişə zamanı işğalçı qüvvələrin hədəfinə çevrilə biləcəyindən narahatdırlar.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google